19 Yanvar 2019 01:25
383
SİYASƏT
A- A+

Efiopiya universitetində 20 Yanvar faciəsi ilə bağlı mühazirə oxunub


Azərbaycanın Efiopiyadakı səfirliyi tərəfindən 20 Yanvar hadisələrinin 29-cu ildönümü ilə əlaqədar Əddis-Əbəbə Universitetində "Müstəqillik uğrunda mübarizə: Qanlı Yanvar” mövzusunda açıq mühazirə təşkil olunmuşdur.

AZƏRTAC xəbər verir ki, tədbirdə universitetin çoxlu sayda professor-müəllim heyəti və tələbələr iştirak ediblər.

Mühazirədə çıxış edən səfir Elman Abdullayev 1990-cı ilin yanvar hadisələri barədə danışıb, Azərbaycanın azadlıq və müstəqillik uğrunda apardığı mübarizə əzminin qırılması məqsədi ilə ozamankı SSRİ rəhbərliyinin göstərişi ilə sovet ordusu tərəfindən törədilmiş qanlı qırğın barədə ətraflı məlumat verib. O, sovet rəhbərliyinin düşüncəsinin əksinə olaraq, törədilmiş bu qırğın və vəhşiliyin xalqımızın müstəqillik ruhunu daha da gücləndirdiyini qeyd edib.

Səfir E.Abdullayev 20 Yanvar hadisələrinin Azərbaycan xalqının tarixində azadlıq və suverenlik uğrunda mübarizə salnaməsi kimi ən şərəfli və parlaq səhifələrindən biri olduğunu bildirib, faciə zamanı xalqımızın yüzlərlə oğul və qızlarının şəhidlik zirvəsinə ucaldığını diqqətə çatdırıb.

Diplomat, həmçinin qeyd edib ki, qanlı hadisələrə ilk olaraq münasibət bildirən ümummilli lider Heydər Əliyev öz ailə üzvləri ilə birlikdə Azərbaycanın Moskvadakı nümayəndəliyinə gələrək bu hadisələrin hüquqa, demokratiyaya və humanizmə qarşı olduğunu bildirib, Azərbaycan xalqının haqq səsini bütün dünyaya çatdırıb.

Tədbirdə daha sonra Qanlı Yanvar hadisələri ilə bağlı videoçarx nümayiş etdirilib.

Efiopiyalı müəllim və tələbələr xalqımızın qəhrəmanlıq və azadlıq əzmini yüksək qiymətləndiriblər.

Daha sonra diplomat Azərbaycanın Afrika ölkələri, eləcə də Efiopiya ilə münasibətlərinin perspektivləri, ölkəmizin Qoşulmama Hərəkatında qarşıdan gələn sədrliyi, dövlət başçısının sərəncamı ilə Afrika ölkələrinin vətəndaşlarına təhsil təqaüdlərinin ayrılması barədə geniş danışıb, tələbələrin suallarını cavablandırıb.

Tədbirdə çıxış edən universitetin departament direktoru Debebe ölkəmizin nailiyyətləri və iqtisadi inkişafı haqqında məlumatlı olduğunu bildirib. O, bir çox ölkələrin islahatlar sahəsində Azərbaycandan örnək götürmələrinin vacibliyini vurğulayıb. Universitetin Asiya və Afrika Araşdırmalar Mərkəzinin rəhbəri Samuel də öz növbəsində ölkəmiz haqqında xoş sözlər deyib, Azərbaycanın tarixi nailiyyətlərini və iqtisadi inkişafını təqdir edib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video