19 Yanvar 2019 01:22
299
SİYASƏT
A- A+

O gün unudulan deyil


Xalqımızın tarixinə qanlı hərflərlə yazılmış 20 Yanvar faciəsi yəqin ki, insanların, xüsusən də bu hadisənin şahidi və iştirakçısı olanların yaddaşından heç zaman silinməyəcək. Onlardan biri də İsmayıllı rayonunun Diyallı kənd sakini, II qrup əlil Əlizadə Səmədovdur.

Müsahibim söhbət zamanı bildirdi ki, 1990-cı ildə Xırdalanda plan-uçot texnikumunda oxuyur və orada yerləşən yataqxanada qalırmış. Dediyinə görə, həmin il yanvarın 17-dən rus hərbi birləşmələri Xırdalan dairəsində toplaşmışdı. 19 yanvar tarixində nahar vaxtı tələbələr sovet qoşunlarının Bakı şəhərinə daxil olacağı xəbərini alırlar. Ordunun paytaxta daxil olmasına etiraz əlaməti olaraq tələbələr də şəhər sakinləri ilə birlikdə Biləcəri dairəsinə toplaşırlar.

Müsahibim deyir: "Yanacaqdoldurma məntəqəsinin yanında sovet qoşunlarının BTR və BMP-lərdən ibarət hərbi texnikaları və çoxlu sayda əsgərləri dayanmışdılar. Onlar hərəkətlərindən insan qanına susamış vəhşiyə bənzəyirdilər. Bu qəddarların təzyiqləri altında "20 Yanvar” dairəsinə gəlib çıxdıq. Daha doğrusu, onlar bizi qabaqlarına qatıb qovurdular.

Bir qədər keçdikdən sonra şəhərin işıqları söndü və onlar dinc əhaliyə qarşı odlu silahlardan atəş açmağa başladılar. Əhalinin səsi bir-birinə qarışmışdı, ətrafda inildəyən yaralılara və şəhadətə qovuşan insanlara da rast gəlirdik”.

Əlizadə yaralananları görür, kömək etməyə çalışır. O, tələbə yoldaşları ilə birlikdə yaralılara yardım edərkən qəflətən bədəninin istilənməsini, vurulduğunu hiss edir. Çox qan itirdiyindən halsızlaşır.

Ə.Səmədov həmin anı belə xatırlayır: "4-5 cavan oğlan məni güllə yağışının altından çıxartdılar. Yaxınlıqda yerləşən binaların birinin mənzilinin qapısını döydülər. Ev yiyəsi qonşuluqda yaşayan tibb bacısını çağırdı və ilk tibbi yardım göstərdilər. Səhərə yaxın məni Semaşko adına xəstəxanaya apardılar. Ayağımdakı güllə çıxarıldı və iki aya qədər xəstəxanada müalicə olundum”.

Əlizadə o qanlı tarixdən 29 il keçməsinə baxmayaraq, hələ də həmin günü və iştirakçısı olduğu anları unuda bilmir.

Əli SƏLİMOV,

"Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video