18 Yanvar 2019 21:36
1175
PARLAMENT
A- A+

Milli Məclisin səhiyyə komitəsinin yaz sessiyasında ilk iclası keçirilib


Milli Məclisin səhiyyə komitəsinin yaz sessiyasında ilk iclası keçirilib.

AZƏRTAC xəbər verir ki, əvvəlcə 1990-cı ilin Qanlı 20 Yanvar faciəsində həlak olmuş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Sonra parlamentin 2018-ci il payız sessiyası dövründə səhiyyə komitəsində görülmüş işlərin hesabatı təqdim olunub. Bu barədə geniş məlumat verən komitə sədri Əhliman Əmiraslanov qeyd edib ki, ötən sessiyada komitə çox məhsuldar işləyib. 10 iclasda 15 məsələ müzakirədən keçib. Onlardan 7-si qanun layihəsi olub. Mühüm əhəmiyyət daşıyan həmin qanun layihələri, o cümlədən cəmiyyətin sosial sifarişi olan "Psixoloji yardım haqqında” və tam yenilənmiş "Tibbi sığorta haqqında” qanun layihələri parlamentdə qəbul edilib.

Sonra iclasda 2019-cu ilin yaz sessiyası üçün nəzərdə tutulmuş qanunvericilik işləri planı müzakirə olunub. Bildirilib ki, Azərbaycan Prezidentinin qanunvericilik təşəbbüsü qaydasında Milli Məclisə təqdim edəcəyi qanun layihələri ilə yanaşı, səhiyyə komitəsində bir sıra vacib qanunların da müzakirəyə çıxarılması nəzərdə tutulur. Bunlar "Reproduktiv sağlamlıq haqqında”, "İnsan orqanlarının donorluğu və transplantasiyası haqqında”, "Optika və optikaçılıq haqqında” qanun layihələridir. Yaz sessiyasında "Onkoloji xəstələrə tibbi yardımın vəziyyəti və perspektivləri” mövzusunda dinləmə keçirilməsi də nəzərdə tutulur.

Müzakirə zamanı komitə üzvləri ötən sessiyada görülmüş işləri təqdirəlayiq hesab ediblər, səhiyyənin vacib problemlərini önə çəkərək bir sıra təkliflər irəli sürüblər.

İclasda gündəlikdəki üçüncü məsələyə də müsbət münasibət bildirilib. "Azərbaycan Respublikasının "Sərhəddə fərqlənməyə görə” medalının Əsasnaməsinin və təsvirinin təsdiq edilməsi haqqında”, "Azərbaycan Respublikası Silahlı Qüvvələri Qarnizon və qarovul xidmətləri nizamnaməsinin təsdiq edilməsi haqqında”, "Əhalinin sağlamlığının qorunması haqqında”, "Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin təsdiq edilməsi barədə”, "Dövlət əmlakının özəlləşdirilməsi haqqında”, "Azərbaycan Respublikasında dövlət dili haqqında” qanunlarda və Azərbaycan Respublikasının Seçki Məcəlləsində dəyişiklik edilməsi barədə” qanun layihəsi də Milli Məclisin plenar iclasına tövsiyə olunub.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video