18 Yanvar 2019 21:24
390
SİYASƏT
A- A+

Ukrayna portalı 20 Yanvar faciəsinə dair məqalə yayıb


Ukraynanın Gordonua.com saytında Azərbaycanın bu ölkədəki səfiri Azər Xudiyevin 20 Yanvar faciəsinə dair məqaləsi dərc edilib.

AZƏRTAC xəbər verir ki, məqalədə Sovet ordusunun silahsız insanlara qarşı törətdiyi cinayətdən bəhs edilib.

"Qanlı "Qara Yanvar"! İndi bu tarixi çoxu bilir. Ancaq 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə küçələrə çıxan Azərbaycan paytaxtının sakinləri Qorbaçov, Yazov, Bakatinin onlar üçün nə plan hazırladıqlarından xəbərsiz idilər. Lakin bir müddət keçəndən sonra Sovet ordusunun öz vətəndaşlarına qarşı necə amansız olduğunu gördülər”, - deyə səfir məqalədə qeyd edir.

20 Yanvar faciəsi göstərdi ki, SSRİ rəhbərliyi öz vətəndaşlarına, sovet respublikalarına qarşı ikili standart nümayiş etdirib. Qorbaçov komandası erməniləri himayə edirdi, onların azərbaycanlılara qarşı terror hərəkətlərinə, Dağlıq Qarabağda dinc insanların öldürülməsinə göz yumurdu.

Müəllif vurğulayıb ki, 20 Yanvar faciəsinə siyasi və hüquqi qiymət Azərbaycan Prezidenti Heydər Əliyev tərəfindən verilib. Dövlətimiz Azərbaycanın müstəqilliyi və bütövlüyü uğrunda canlarından keçənlərin müqəddəs xatirəsini əbədiləşdirib. Ölkəmizə gələn qonaqlar, rəsmi şəxslər, ilk növbədə, Şəhidlər xiyabanını ziyarət edirlər.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video