18 Yanvar 2019 17:33
443
DÜNYA
A- A+

Yer ətrafında kosmik zibil 7 min tondan çoxdur


ABŞ, Rusiya və Çin Yerətrafı məkanın kosmik zibillə çirkləndirilməsində liderdirlər. Bu barədə N.E.Bauman adına Moskva Dövlət Texniki Universiteti əməkdaşlarının hazırladığı məqalədə məlumat verilmişdir.

Alimlər yazırlar ki, orbitdə zibil kütləsi (2017-ci ildə bu kütlə təxminən 7,2 min ton olmuşdur) artmaqda davam edir – son üç il ərzində o, hər il təqribən 100 ton, yaxud 2 faiz artıb.

Kosmik zibilin həcminə görə ABŞ liderdir. İkinci yerdə Rusiya, üçüncü yerdə Çindir. Kosmik zibilin 93 faizi bu ölkələrin payına düşür. Hər il ümumi həcm 4 faiz artır.

Ən çox kosmik zibil orbital aparatların dağılması və toqquşması nəticəsində əmələ gəlir. Bundan əlavə, orbiti raketlərin işlənmiş mərhələləri və daşıyıcı blokları, artıq fəaliyyətdə olmayan peyklər, habelə uçuş zamanı qopmuş fraqmentlər zibilləyir.

2017-ci ildə Yerətrafı orbitdə ölçüsü 10 santimetrdən çox olan 18 minə yaxın obyekt, o cümlədən 1200 peyk, 750 min "uçan güllə” (hər "güllə”nin ölçüsü təxminən 1 santimetrdir) və ölçüsü 1 millimetrdən kiçik olan təqribən 150 milyon xırda fraqment var. Alimlər xəbərdarlıq edirlər ki, kosmik zibillə toqquşmalar təhlükəli fəsadlara səbəb ola bilər.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video