18 Yanvar 2019 16:43
447
DÜNYA
A- A+

Qana Futbol Federasiyasında korrupsiya ilə bağlı araşdırma aparan jurnalist güllələnib


Qananın Futbol Federasiyası və onun liqalarında korrupsiya ilə bağlı araşdırma aparan jurnalist Əhməd Hüseyn-Suale paytaxtda motosikletdə olan naməlum şəxslər tərəfindən güllələnib.

AZƏRTAC BBC-yə istinadla xəbər verir ki, 2018-ci ilin yayında "BBC Africa Eye” şirkəti Əhmədlə birlikdə jurnalistlər qrupunun apardıqları araşdırma əsasında Qananın Futbol Federasiyasının prezidenti Kvesi Nayantakii, digər məmurlar, həmçinin hakimlərin korrupsiya fəaliyyəti haqqında sənədli film təqdim etmişdi. Filmin nümayişindən sonra Nayantakii ömürlük diskvalifikasiya almış, Qana hökuməti isə Milli Futbol Federasiyasını ləğv etmişdi.

Qeyd olunur ki, daha əvvəl Qana parlamentinin üzvü Kennedi Aqzponq Hüseyn-Sualenin fotoşəklini yaymış və onunla hesab çəkməyə çağırmışdı.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video