18 Yanvar 2019 14:16
1369
PARLAMENT
A- A+

Milli Məclisin ailə, qadın və uşaq məsələləri komitəsinin yaz sessiyasında ilk iclası keçirilib


Yanvarın 18-də Milli Məclisin ailə, qadın və uşaq məsələləri komitəsinin yaz sessiyasında ilk iclası keçirilib.

AZƏRTAC xəbər verir ki, komitənin sədri Aqiyə Naxçıvanlı əvvəlcə 2018-ci il payız sessiyasının yekunlarından söz açıb. Bildirib ki, hesabat dövründə komitənin 4 iclası keçirilib, 6 məsələ, o cümlədən 4 qanun layihəsi müzakirə olunub. Müzakirəyə çıxarılan qanun layihələrinin hamısı Milli Məclisdə qəbul olunub.

Deputatlar komitənin payız sessiyasına dair hesabatını məqbul sayıblar.

İclasda, həmçinin 2019-cu ilin yaz sessiyası üçün komitənin iş planı müzakirə olunub. Müzakirələrdə çıxış edən komitə üzvləri 2019-cu ilin yaz sessiyasında baxılması nəzərdə tutulan məsələlər barədə fikirlərini bildiriblər, bir sıra təkliflər veriblər. Sonra komitənin iş planı təsdiqlənib.

Daha sonra Azərbaycan Respublikasının Ailə Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsi müzakirə edilib. Qeyd edilib ki, dəyişikliyə əsasən Ailə Məcəlləsinin 164.1-ci maddəsində "təqdim edildikdə” sözləri "əsasında” sözü ilə əvəz olunur və həmin maddəyə "Bu sənədlər üzrə məlumatların elektron informasiya sistemlərindən əldə edilməsi mümkün olduğu hallarda həmin sənədlər şəxslərdən tələb olunmur” məzmunlu ikinci cümlə əlavə edilir.

Bildirilib ki, Ailə Məcəlləsinin 164.1. maddəsinə təklif olunan dəyişiklik Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 27 aprel tarixli 1993 nömrəli Sərəncamı ilə təsdiq edilmiş "Açıq hökumətin təşviqinə dair 2016-2018-ci illər üçün Milli Fəaliyyət Planı”nın 1.4-cü bəndinin icrası ilə bağlı elektron xidmətlərin tətbiqi ilə əlaqədar dövlət orqanları tərəfindən tələb edilən rəsmi sənəd və arayışların sayının azaldılmasının təmin edilməsi məqsədi daşıyır.

Ailə Məcəlləsinə dəyişiklik edilməsi haqqında digər qanun layihəsinə əsasən isə Məcəllənin 166.2-ci maddəsində "valideynlər və ya onlardan biri, valideynlərin müəyyən səbəblərə görə (xəstə olduqda, öldükdə və sair) müraciət etməsi mümkün olmadıqda isə qohumlar, qonşular, uşağın doğulduğu tibb müəssisəsinin müdiriyyəti və yaxud başqa şəxslər” sözləri "uşağın valideyni, qəyyumu, himayəçisi və ya onların notariat qaydasında təsdiq edilmiş etibarnaməsi əsasında təyin olunmuş şəxs” sözləri ilə əvəz edilir. Bildirilib ki, Ailə Məcəlləsinə təklif olunan dəyişikliklər doğumun qeydə alınmasının notariat qaydada müəyyənləşdirilməsi və qanunvericiliyin təkmilləşdirilməsi məqsədini daşıyır.

Qanun layihələri Milli Məclisin plenar iclasına tövsiyə edilib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video