18 Yanvar 2019 14:15
1221
Səhiyyə
A- A+

DST: keyfiyyətsiz qida yüzlərlə xəstəliyə səbəb ola bilər


Bu il fevralın 12-13-də Əddis-Əbəbədə Qida Məhsullarının Təhlükəsizliyi məsələlərinə dair Birinci Beynəlxalq Konfrans keçiriləcək. BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) və Dünya Səhiyyə Təşkilatı (DST) bu ərəfədə xatırladıblar ki, hər il 600 milyon insan keyfiyyətsiz qida məhsulları istehlakı nəticəsində xəstələnir. Qida mənşəli xəstəliklər insanın sağlamlığı və iqtisadiyyat üçün ciddi təhlükə mənbəyidir. Yoxsul və orta inkişaf səviyyəli ölkələrdə qida zəhərlənmələrinin vurduğu ziyanın həcmi ildə 100 milyard dollara çatır.

AZƏRTAC xəbər verir ki, səhiyyə nazirlərinin, kənd təsərrüfatı nazirlərinin, aparıcı alimlərin, habelə qida məhsullarının istehlakçı, istehsalçı və distribüterlərinin nümayəndələrinin iştirakı ilə keçiriləcək konfransda qida məhsullarının təhlükəsizliyinin qlobal miqyaslı cari və gələcək problemlərinin həlli yolları müəyyən ediləcək.

DST ekspertləri xatırladırlar ki, keyfiyyətsiz qida yüzlərlə infeksion və qeyri-infeksion xəstəliklərə, o cümlədən xərçəngə səbəb ola bilər.

DST-nin press-relizində deyilir: "Hər il 2 milyon insan qida məhsulları və su vasitəsilə keçən diareya xəstəlikləri nəticəsində dünyasını dəyişir. Qida məhsullarının tərkibində olan kontaminantlar (çirkləndirici aşqarlar), o cümlədən zərərli parazitlər, bakteriyalar, viruslar, prionlar, kimyəvi və radioaktiv maddələr 200-dən çox müxtəlif infeksion və onkoloji xəstəliklərə yol açır”.

BMT Baş Assambleyasının 2018-ci il dekabr ayında BMT-nin Nyu-Yorkdakı qərargahında keçirilmiş 73-cü sessiyanın nümayəndələri bu problemin qlobal miqyasını nəzərə alaraq iyunun 7-sini Dünya Qida Məhsullarının Təhlükəsizliyi Günü elan ediblər.

BMT Baş Assambleyasının üzvləri vurğulayıblar ki, ərzaq istehsalı və satışı əməliyyatları zənciri xeyli mürəkkəbləşib və ərzaqla bağlı hər hansı neqativ hallar bütün dünyada əhalinin sağlamlığı, ticarət və iqtisadiyyat üçün ciddi nəticələr doğura bilər. BMT Baş Assambleyasının üzvləri xatırladıblar ki, Dünya Səhiyyə Təşkilatı qida məhsullarının beynəlxalq standartlarının işlənib hazırlanmasında aparıcı rol oynamalıdır. Dövlətlər istehlakçıların sağlamlığını qorumağa çağırıblar.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video