17 Yanvar 2019 13:11
1387
PARLAMENT
A- A+

Milli Məclisin mədəniyyət komitəsinin yaz sessiyasında ilk iclası keçirilib


Yanvarın 17-də Milli Məclisin mədəniyyət komitəsinin yaz sessiyasında ilk iclası keçirilib.

AZƏRTAC xəbər verir ki, komitənin sədri Rafael Hüseynov əvvəlcə 2018-ci ilin payız sessiyasında görülmüş işlər barədə hesabatı diqqətə çatdırıb. O bildirib ki, payız sessiyasında komitənin 7 iclası keçirilib, 22 məsələ müzakirə edilib. Sessiya ərzində komitəyə daxil olan müraciətlər müvafiq ünvanlara göndərilib, vətəndaşlar qəbul edilib.

Sonra 2018-ci ilin yaz sessiyasında görüləcək işlər barədə danışılıb.

Deputatlar Milli Məclisin 2018-ci ilin payız sessiyasında mədəniyyət komitəsində görülmüş işlər barədə hesabatı qənaətbəxş hesab ediblər.

Daha sonra gündəlikdəki digər məsələlərə baxılıb.

Əvvəlcə "Milli Arxiv Fondu haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi müzakirə olunub. Qeyd edilib ki, qanun layihəsi "Dövlət sirri haqqında” Qanunda 2018-ci il iyunun 12-də təsdiq edilmiş dəyişikliklərə uyğunlaşdırma məqsədilə hazırlanıb.

İclasda, həmçinin "Türk Mədəniyyəti və İrsi Fondunun maliyyə qaydaları haqqında”, "Azərbaycan Respublikası Hökuməti ilə Türk Mədəniyyəti və İrsi Fondu arasında yerləşmə ölkəsi haqqında” sazişlərin təsdiq edilməsi barədə qanun layihələrinə baxılıb.

Daha sonra Azərbaycan Respublikasının "Sərhəddə fərqlənməyə görə” medalının Əsasnaməsinin təsvirinin təsdiq edilməsi haqqında”, Azərbaycan Respublikası Silahlı Qüvvələri Qarnizon və qarovul xidmətləri Nizamnaməsinin təsdiq edilməsi haqqında”, "Əhalinin sağlamlığının qorunması haqqında”, "Hərbi xidmət keçmə haqqında” Əsasnamənin təsdiq edilməsi barədə”, "Dövlət əmlakının özəlləşdirilməsi haqqında”, "Azərbaycan Respublikasında dövlət dili haqqında” qanunlarda və Seçki Məcəlləsində dəyişiklik edilməsi barədə qanun layihələri müzakirə edilib. Bildirilib ki, qanun layihələri texniki xarakterlidir və uyğunlaşdırma məqsədi daşıyır. Belə ki, 2018-ci il iyunun 12-də "Sərhəd qoşunları haqqında” Qanunda çoxsaylı dəyişiklik edilib. Eyni zamanda, həmin dəyişikliklər əsasında "sərhəd qoşunları” ifadəsi "sərhəd mühafizə orqanları” ifadəsi ilə əvəz edilib, bundan irəli gələrək "Sərhəd qoşunları haqqında” Qanun "Sərhəd mühafizə orqanları haqqında” Qanun adlandırılıb.

Müzakirələrdən sonra qanun layihələri Milli Məclisin plenar iclasına tövsiyə edilib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video