17 Yanvar 2019 00:31
816
İDMAN
A- A+

“Bakı-2019”a hazırlıqla bağlı Koordinasiya Komissiyasının texniki görüşü keçirilib


İyulun 20-28-də Bakıda keçiriləcək Avropa Gənclər Yay Olimpiya Festivalına hazırlıqla bağlı görülmüş işlərə nəzər salmaq və gələcək addımları müzakirə etmək məqsədilə Koordinasiya Komissiyasının texniki görüşü keçirilib.

Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, görüşdə gənclər və idman naziri, "Bakı-2019” Təşkilat Komitəsinin sədr müavini Azad Rəhimov, Avropa Olimpiya Komitəsi Koordinasiya Komissiyasının sədri Corce Vişaçki və digər nümayəndələr iştirak ediblər.

İki gündür Bakıda səfərdə olan qonaqlar Azərbaycan hökumətinin Avropa Gənclər Olimpiya Festivalına hazırlıq istiqamətində gördüyü işlərin yüksək səviyyədə olduğunu bildirib, gələcək addımlarla bağlı fikir mübadiləsi aparıblar. Bakıda olduqları müddətdə qonaqlar Azərbaycan Milli İdman Tibb və Reabilitasiya İnstitutunda, Azərbaycan Milli Antidopinq Agentliyində və yarışların keçiriləcəyi bir sıra idman arenalarında olublar.

Görüşdə akkreditasiya prosesi, yarış cədvəlinə uyğun olaraq idmançıların arenalara vaxtında aparılıb-gətirilməsi, nəqliyyat, təhlükəsizlik, dopinq yoxlamaları, yarışa dair digər mühüm mövzular müzakirə edilib.

Avropa Gənclər Olimpiya Festivalının açılış mərasimi iyulun 21-də keçiriləcək. Bugünədək 49 ölkə yarışda iştirakını təsdiqləyib. Ümumilikdə Avropanın 50 ölkəsindən 3600-dən çox idmançı və texniki nümayəndə heyəti yarışa qatılmaq üçün ölkəmizə təşrif buyuracaq. On iki arenada idmanın on növü üzrə (bədii gimnastika, atletika, basketbol, velosiped, həndbol, cüdo, üzgüçülük, tennis, voleybol, güləş) keçiriləcək yarışlara ümumilikdə 2500-dən çox könüllü cəlb olunacaq.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video