17 Yanvar 2019 00:28
461
İQTİSADİYYAT
A- A+

ÜDM istehsalı 1,4 faiz artmışdır


2018-ci ildə Azərbaycanda aparılan sosial-iqtisadi tədbirlər və islahatlar nəticədə inkişafın əsas göstəricisi sayılan ümumi daxili məhsul (ÜDM) istehsalında artımla müşahidə edilmişdir. Belə ki, keçən il ölkə üzrə ÜDM istehsalı 1,4 faiz artmışdır.

Bunu indiki mürəkkəb zamanda müsbət hal kimi qəbul edən Prezident İlham Əliyev hökumətin son iclasındakı giriş nitqində qeyd etmişdir ki, bu göstərici bizim arzularımızı tam əks etdirməsə də, yaxşı nəticədir: "Hesab edirəm ki, bu, yaxşı göstəricidir. Əlbəttə ki, bizim arzularımızı tam əks etdirmir. Ancaq eyni zamanda dünyada gedən proseslərə baxdıqda hesab edirəm ki, yaxşı göstəricidir”.

Ötən il qeyri-neft sektorunun inkişafı üçün həyata keçirilən tədbirlər də səmərəsiz qalmamışdır. Məhz bunun sayəsində 2018-ci ildə qeyri-neft sektoru üzrə məhsul istehsalı 1,8 faiz artmışdır. Artım (1,5 faiz), həmçinin sənaye məhsulları istehsalında qeydə alınmışdır. Amma qeyri-neft sənaye məhsullarının istehsalında artım daha yüksək olmuşdur - 9,1 faiz.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video