17 Yanvar 2019 00:26
527
İQTİSADİYYAT
A- A+

Ermənistanla fərqimiz görünməmiş həddə çatıb


Məlum olduğu kimi, Prezident İlham Əliyev hökumətin son iclasındakı nitqində Ermənistanla bağlı çox ciddi fikirlər söyləmiş, dünya ictimaiyyətinin diqqətini çəkən bəyanatlar səsləndirmişdir.

"Mən dəfələrlə bunu bildirmişəm, bir daha demək istəyirəm ki, Ermənistanı bu ağır böhranlı vəziyyətdən çıxarmaq üçün bir yol var - o da Azərbaycan ilə münasibəti normallaşdırmaqdır. Biz buna hazırıq. Ancaq əlbəttə ki, buna nail olmaq üçün bir şərt var - Ermənistan silahlı qüvvələri işğal edilmiş torpaqlardan çıxarılmalıdır”, - deyən dövlət başçısı vurğulamışdır ki, məhz bu işğalçı siyasətinə görə Ermənistan Azərbaycan tərəfindən bütün regional layihələrdən təcrid edilmiş və nəticədə onun iqtisadiyyatı, demək olar, çökmüşdür.

Ermənistanın çökmüş iqtisadiyyatı ölkəmizlə müqayisədə daha aydın görünür. Məsələn, bu gün Azərbaycan iqtisadiyyatı Ermənistanın iqtisadiyyatından 4 dəfə böyükdür, valyuta ehtiyatlarımız isə Ermənistanın valyuta ehtiyatlarını 20 dəfə üstələyir. Bundan əlavə, Ermənistanın 4 sərhədindən 2-si tam bağlı, digər 2-si isə çox məhdud imkanlara malikdir. İşğalçı ölkə bütün neft-qaz, nəqliyyat-logistika, İKT layihələrindən kənarda qalmaqla öz siyasətinin girovuna çevrilib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video