17 Yanvar 2019 00:25
507
İQTİSADİYYAT
A- A+

İnflyasiya - 2,3 faiz


Ötən il istehlak məhsullarının və xidmətinin qiymətləri 2017-ci ilə nisbətən 2,3, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatlarının qiymətləri 1,7, qeyri-ərzaq mallarının qiymətləri 2,6, əhaliyə göstərilən ödənişli xidmətlərin qiymətləri isə 2,7 faiz bahalaşmışdır.

2018-ci ilin dekabr ayında isə noyabr ayına nisbətən istehlak məhsullarının və xidmətlərin qiymətləri 0,8, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatlarının qiymətləri 1,7, qeyri-ərzaq mallarının qiymətləri 0,2, əhaliyə göstərilən ödənişli xidmətlərin qiymətləri isə 0,1 faiz artmışdır.

Ötən ilin dekabr ayında noyabr ayı ilə müqayisədə bir çox ərzaq məhsullarının qiymətlərində (uzun düyünün, unun, qoyun və toyuq ətinin, kolbasa məmulatlarının, balıq, süd məhsulları və s.) bahalaşma, bəzilərinin (manna və qarabaşaq yarmasının, vermişel və makaronun, mal ətinin, yumurtanın, limonun, bir çox meyvələrin, şəkərin və s.) qiymətlərində isə ucuzlaşma qeydə alınmışdır. Digər ərzaq məhsullarının qiymətlərində isə ciddi dəyişikliklər baş verməmişdir.

Ay ərzində qeyri-ərzaq mallarından parçaların, geyimin, ayaqqabıların, mebel və məişət əşyalarının, minik avtomobillərinin, planşet tipli kompüterlərin, fotoaparatların, dəftərxana ləvazimatlarının, zərgərlik məmulatlarının qiymətlərində bahalaşma, paltaryuyan maşınların, kondisionerlərin, minik avtomobilləri üçün ehtiyat hissələrinin, mobil telefonların qiymətlərində isə ucuzlaşma müşahidə edilmişdir. Digər qeyri-ərzaq mallarının qiymətlərində ciddi dəyişikliklər olmamışdır.

Dekabr ayında noyabr ayına nisbətən əhaliyə göstərilən ödənişli xidmətlərdən paltarların təmizlənməsi, təmiri və kirayəsi, dəmiryolu və hava nəqliyyatı ilə MDB ölkələrinə sərnişindaşıma xidmətlərinin, respublikadan kənara istirahət turlarının qiymətləri bahalaşmış, MDB ölkələri istisna olmaqla hava nəqliyyatı ilə digər ölkələrə sərnişindaşıma xidmətlərinin qiymətləri isə ucuzlaşmışdır. Digər ödənişli xidmətlərin qiymətləri, demək olar ki, dəyişməmişdir.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video