17 Yanvar 2019 00:25
512
İQTİSADİYYAT
A- A+

17,2 milyard manat investisiya


Bütün dünyada, o cümlədən bizə yaxın və uzaq regionlarda baş verən mürəkkəb siyasi-iqtisadi hadisələrə baxmayaraq, Azərbaycan ötən il də qarşıya qoyulan əsas məqsədlərinə çatmışdır. 2018-ci ildə ilk növbədə strateji yol xəritələrinin icrası təmin olunmuş, o cümlədən kiçik və orta sahibkarlıq daha da inkişaf etdirilmiş, yeni infrastruktur layihələri reallaşdırılmışdır.

Bütün bu işlər üçün isə təbii ki, ilk növbədə sərmayə qoyuluşu tələb olunur. Keçən il Azərbaycan iqtisadiyyatına 17,2 milyard manat sərmayə yatırılmışdır. Bu sərmayənin 11 milyard manatından çoxu qeyri-neft sektoruna yönəldilmişdir. Prezident İlham Əliyev Nazirlər Kabinetinin son iclasında bunu çox yüksək dəyərləndirmişdir: "Bu onu göstərir ki, Azərbaycan sərmayə qoyuluşu üçün çox cəlbedici ölkədir. Dünya Bankının son hesabatında bizim 25-ci yerə qalxmağımız hesab edirəm ki, sərmayə qoymaq istəyənləri daha da həvəsləndirəcək və ölkəmizə daha çox sərmayə qoyulacaq”.

Keçən il Azərbaycan iqtisadiyyatı, həmçinin qeyri-neft sektorunda özəl sektorun iştirakı ilə ticari bölmənin hesabına 1 faiz artmışdır. Ümumiyyətlə, son 15 ildə ölkə iqtisadiyyatı 3,2 dəfədən çox inkişaf etmişdir. Üstəlik, bu inkişaf neft hasilatının ilbəil azalması və neftin qiymətinin kəskin volatilliyi fonunda baş vermişdir. Bu isə özlüyündə çox müsbət haldır, başqa sözlə desək, inkişafın keyfiyyətinin yüksəlməsi deməkdir.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video