17 Yanvar 2019 00:21
658
CƏMİYYƏT
A- A+

Azərbaycandan İrana qanunsuz keçmək istəyən sərhəd pozucusu saxlanılıb


Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti (DSX) sərhəd təhlükəsizliyinin təmin olunması sahəsində əməliyyat-axtarış və sərhəd mühafizə tədbirlərini qətiyyətlə davam etdirir.

Yanvarın 16-da dövlət sərhədinin pozulmasının qarşısı xidmət əməkdaşlarının sayıqlığı və peşəkarlığı sayəsində alınıb. Belə ki, saat 02:25 radələrində DSX Sərhəd Qoşunlarının "Horadiz” sərhəd dəstəsinin xidməti ərazisində Beyləqan rayonunun Əmirzeyidli kəndi yaxınlığındakı sərhəd zastavasının xidməti sahəsində Azərbaycan Respublikasından İran İslam Respublikası istiqamətində naməlum şəxsin ayaq izləri aşkarlanıb. Sərhəd zastavasının və qonşu bölmələrin şəxsi heyəti tərəfindən sərhəd pozucusunun mümkün hərəkət istiqamətləri qapadılıb və ərazidə təxirəsalınmaz axtarış tədbirləri həyata keçirilib. Hadisə ilə əlaqədar birgə tədbirlərin görülməsi məqsədilə İran İslam Respublikasının Aslanduz sahəsi üzrə sərhəd nümayəndəsi dərhal məlumatlandırılıb. İranın sərhəd mühafizə orqanları tərəfindən həmin istiqamətdə sərhəd mühafizə tədbirləri gücləndirilib.

Görülmüş tədbirlər nəticəsində saat 03:20-də sərhəd pozucusu aşkarlanıb. O, təqib zamanı xəbərdarlıq atəşindən istifadə edildikdən sonra tutulub. Araşdırma zamanı sərhəd pozucusunun şəxsiyyəti dəqiqləşdirilib və onun Beyləqan rayonu 2-ci Şahsevən kənd sakini 1984-cü il təvəllüdlü Muradov Rahil Məsim oğlu olduğu müəyyənləşib.

Həmin ərazinin yoxlanılması nəticəsində AKM-74 markalı silah, bir patron darağı, 7,62 millimetrlik 19 patron və sərhəd pozucusunun digər əşyaları aşkarlanaraq götürülüb.

Hadisə ilə bağlı zəruri əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video