16 Yanvar 2019 00:33
668
CƏMİYYƏT
A- A+

Media nümayəndələri BSU-da imtahanların gedişini izləyib


Yanvarın 15-də Bakı Slavyan Universitetində (BSU) qış imtahan sessiyası ilə bağlı ölkənin tanınmış KİV nümayəndlərinin iştirakı ilə mediatur keçirildi. Tədbirdə "Azərbaycan”, "Yeni Azərbaycan”, "Azərbaycan müəllimi”, "İki sahil”, "525-ci qəzet”, "Həftə içi”, "Səs”, "Kaspi” qəzetlərinin, "AzƏrtac” Dövlət İnformasiya Agentliyi, "Trend” İnformasiya Agentliyi, Faktinfo.az saytı, Moderator.az, Eduaz.az, Tehsilpress.az saytlarının nümayəndələri iştirak etdilər. İştirakçıları əvvəlcə BSU-nun rektoru, professor Nurlana Əliyeva qəbul etdi və onlara imtahan sessiyası ərəfəsində universitetdə aparılan işlər, imtahanlara hazırlıq barədə məlumat verdi. Rektor universitetdə 2018-2019-cu tədris ilinin qış imtahan sessiyasının uğurla davam etdiyini diqqətə çatdırdı. Bildirdi ki, təhsil nazirinin imtahan sessiyasının təşkili və keçirilməsi barədə imzaladığı əmrinə əsasən, imtahanlar mövcud qaydalara uyğun keçirilir, tələbələrin biliyinin qiymətləndirilməsində şəffaflıq və obyektivlik təmin olunur.

N.Əliyeva məlumat verdi ki, BSU-da artıq 357 fənn üzrə imtahan təşkil olunub. Rektor bildirdi ki, hazırda universitetin əsas və ikinci tədris binasında ümumi 44 auditoriyada imtahan keçirilir və onlardan 33-ü əsas binada, 11-i ikinci tədris binasında aparılır. Rektor imtahan sessiyası ərəfəsində hər bir kursun tələbələri ilə ayrı-ayrılıqda görüş keçirdiyini, onlara tövsiyələr verildiyini, imtahanlarda biliyin yeganə meyar olmasının izah edildiyini dedi. Professor N.Əliyeva imtahanlara hazırlıq üçün universitetdə hər cür lazımi şəraitin yaradıldığını, məsləhət saatlarının keçirildiyini diqqətə çatdırdı.

Rektor BSU-da keçirilən imtahanların yazılı şəkildə aparılmasının tələbələrin orfoqrafik normalara düzgün əməl etməsində mühüm rol oynadığını nəzərə çatdırdı: "Prezident İlham Əliyev 1 noyabr 2018-ci il tarixində "Azərbaycan dilinin saflığının qorunması və dövlət dilindən istifadənin daha da təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” fərman imzalayıb. Dövlət başçısının fərmanına əsasən, BSU-da yazılı şəkildə aparılan imtahanlarda tələbələrin Azərbaycan dilinin orfoqrafik normalarına düzgün əməl etməsinə xüsusi diqqət göstərilir. Ana dilinin qaydalarına düzgün əməl olunmaması tələbənin imtahan balına təsir edir”.

N.Əliyeva qeyd etdi ki, imtahan prosesində operativliyin təmin edilməsi və şəffaflığın artırılması məqsədilə BSU-nun tədris işləri üzrə portalının "Modul 3” bölməsində bütün kurslar üzrə imtahaların nəticələri dərhal elan olunur. Vurğuladı ki, həmin saytda yaradılmış onlayn əlaqə bölməsindən təkcə tələbələr deyil, valideynlər də istifadə edərək onları maraqlandıran hər bir sualla bağlı dolğun cavab ala, imtahan qərargahı ilə birbaşa əlaqə yarada bilərlər. Rektor universitetdə imtahan sessiyasının mövcud qaydalara uyğun təşkili, tələbələrin biliyinin qiymətləndirilməsində şəffaflığın və obyektivliyin təmini, daxil olan şikayətlərin qısa zamanda araşdırılıb, müvafiq qərarların qəbul edilməsi üçün operativ qərargah və münaqişə komissiyası yaradıldığını bildirdi.

Sonra qonaqlar operativ qərargahın işi ilə tanış oldular. Qərargahın rəhbəri, professor Habil Məmmədov KİV nümayəndələrinə qərargahın iş prinsipi, tətbiq olunan yeniliklər, şikayətlərin qəbul edilməsi, cavablandırılması və digər məsələlər barədə ətraflı məlumat verdi.

Media nümayəndələri 3-cü, 4-cü və 5-ci mərtəbələrdə yerləşən auditoriyalarda imtahanların gedişini izlədilər. Onlar burada kameraların, ağıllı lövhələrin də iş prinsipləri ilə tanış oldular. Jurnalistlər imtahanların gedişinə mane olmamaq şərti ilə imtahan aparan müəllim və nəzarətçilərdən müsahibə aldılar.

Görüşün sonunda jurnalistlərin imtahan sessiyası ilə bağlı təəssüratları dinlənildi.

Zöhrə FƏRƏCOVA,

"Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video