16 Yanvar 2019 00:32
310
SİYASƏT
A- A+

Erməni mafiyası dünya üçün təhlükəyə çevrilib


10 il əvvəl alman kansleri Merkel demişdi ki, Qarabağ məsələsinin həllinin tapılmaması bizim üçün təhlükəlidir. Kansler o zaman bu təhlükələrin nədən ibarət olduğunu açıqlamamışdı. Amma bu münaqişəni körükləyən Qorbaçovun erməni əsilli məsləhətçiləri dərinləşən münaqişənin zəminində dünyanın əksər ölkələrində erməni mafiyasının real gücə çevrilməsinə təkan verdilər. Erməni "demokratiyasına” sığal verən Avropa isə bilərəkdən, ya da bilməyərəkdən erməni mafiyasının çiçəklənməsinə imkan yaratdı.

AFR hökuməti "Almaniya üçün Alternativ” Partiyasının parlament sorğusuna cavabında ölkədə erməni mafiyasının fəaliyyəti ilə bağlı bəzi məsələlərə aydınlıq gətirmək məcburiyyətində qalmışdır. Sənəddə qeyd olunur ki, alman dövləti ermənilərin təşkil etdiyi mütəşəkkil cinayətkar qrupları (MCQ) Rusiya-Avroasiya mütəşəkkil cinayətkarlığının daha geniş kontekstində nəzərdən keçirir. Etiraf edilir ki, erməni MCQ "Rusiya-Avroasiya” mütəşəkkil cinayətkarlığına qarşı mübarizə çərçivəsində 2017-ci ildə qaldırılan cinayət işlərinin sayına görə dördüncü yeri tutur. Əvvəlki üç yer Litva, Almaniya və Rusiya vətəndaşlığı olan şəxslərə məxsusdur. AFR hökumətinin cavabında bildirilir ki, erməni MCQ ölkənin şimalında və şərqində daha geniş yayılmışdır. Həmçinin alman hökumətinə məlumdur ki, erməni cinayətkar qruplaşmaları ayrı-ayrı hallarda İtaliya mafiyası ilə əməkdaşlıq edirlər. Bu barədə bu il yanvarın 7-də Rusiyanın "Vestnik Kavkaza” saytı məlumat verir.

Amma narahatçılıq doğuran odur ki, erməni mafiyasının özbaşınalıqları haqqında Rusiyadan savayı Almaniya KİV-i də demək olar ki, hər il mütəmadi çıxışlar edirlər. AFR-in Erfurt şəhərində iki erməni qruplaşmaları arasında 2014-cü ildə baş verən atışma geniş ictimai əks-səda doğurmuşdu. Bundan sonra Almaniya hüquq-mühafizə orqanları Ermənistandan gələn mühacirlərə xüsusi diqqət yetirməyə başladılar və ölkədə erməni kriminalitetin fəaliyyətini araşdırmağı təmin edən FATIL xüsusi istintaq qrupu yaradıldi.

Ötən il isə "SPIEGEL” və "MDR”dən bir qrup jurnalistin əlinə Almaniyanın kriminal polisinin Federal idarəsinin qapalı hesabatı düşüb. KİV-in bəyanatında birbaşa etiraf edilir ki, "Almaniyada erməni mafiyası var, o da hüquqi dövlət üçün təhlükə törədir”. Alman jurnalistləri hətta Ermənistanın AFR-dəki səfiri Aşot Smbatyanın belə erməni kriminal strukturları ilə əlaqələri barədə məlumatları açıqlayırlar.

Bundan başqa, jurnalistlərə o da məlum olub ki, alman hüquq-mühafizə orqanları şəxsən Smbatyan və həm də bütünlükdə Ermənistan səfirliy ilə erməni mafiyasının əməllərinin araşdırılması məsələlərində əməkdaşlıqdan imtina etmişlər. Belə ki, alman kəşfiyyatının şəxsən Smbatyanın "qanuni oğru” olmasından, çirkli pulların yuyulmasında və qaçaqmalçılıqda iştirak etməsindən şübhələnməyə ciddi əsasları vardır.

Aşot Smbatyanın əlaqələrindəki yeni faktlar 2018-ci ilin payızında "MDR”-in reportajında işıq üzü görməli idi, lakin səfir "onun nüfuzunu ləkələyən” məlumatların öncədən yayılmasına məhkəmə qaydasında qadağa qoymağa nail olub. Məhkəmə son qərarını verənədək işlə bağlı detallar açıqlanmayacaq. Səfirin erməni mafiyası ilə "qohumluğu” AFR telekanallarının diqqət mərkəzindədir. Alman ictimai televiziyasının nümayəndələri, öz növbəsində, artıq bildiriblər ki, araşdırmalara tam hazırdırlar və qadağanın ləğvinə məhkəmə qaydasında nail olunacaq.

Bundan əvvəl hələ ötən ilin noyabrında "DerSpiegel” və "MDR” nəşrləri Almaniyada erməni mafiyasının İtaliya mafiyası ilə əlaqələrini üzə çıxaran araşdırmalarını dərc ediblər.

Almaniyadakı erməni mafiyası dünyanın ən güclü cinayətkar təşkilatlarından biri sayılan "Ndranqetoy” təşkilatı ilə əməkdaşlıq edir. AFR-in ən nüfuzlu qəzetlərindən sayılan "DerSpiegel”in və "Mitteldeutscherrundfunk” alman ictimai teleradio şirkətinin son araşdırmaları bu faktı təsdiq edir.

"2014-cü ilin fevralında qara rəngli dəbdəbəli avtomobil AFR-in Erfrut şəhərində qeydiyyata alınan nömrə ilə Neapol küçələrində dövrə vururdu, - deyən alman jurnalistləri sərnişinlərin eməni, gənc rumın qadın və iki italiyalının olduğunu yazırlar. Əgər onlar niyyətlərini həyata keçirə bilsəydilər, bu gün Almaniyada 126 min avroluq saxta əsginas artıq dövriyyəyə buraxılmışdı”.

Jurnalist araşdırmalarına əsasən, bu cinayətkar planı maşını saxlayan və axtarış apararkən saxta avro aşkar edən iki italyan polisi aşkar edir. Alman jurnalistləri onlarda bu axtarışla bağlı İtaliya polisi tərəfindən tərtib edilmiş protokolun sərəncamının surətinin olduğunu bildirirlər: "Neapolda saxlanılanlar yoldaşları ilə birlikdə bir neçə gündən sonra maneəsiz ölkəni tərk edə biliblər”.

İnsidentdən bir neçə həftə sonra məlumat alman polisinə ötürülür və ciddi narahatlığa səbəb olur. Belə ki, bir neçə ay əvvəl artıq alman polisi saxta əsginasları dövriyyəyə buraxan bir neçə ermənini izləyirmiş. Neapolda saxlanılan ermənilərdən biri erməni mafiyası ilə əlaqələrdə və saxta əsginasların satılmasında şübhəli bilinənlərin siyahısında idi. Xüsusi araşdırmasını aparan "DerSpiegel” yazır: "Sonuncular əslində İtaliyada yox, Hannoverdə qohumları ilə yaşayır və bu qohumluq əlaqələrinin izi dünyanın ən nüfuzlu mafioz qruplarından biri "Ndranqetoy” təşkilatına gedib çıxır.

"Erməni və İtaliya mafiyasının əməkdaşlıq etmələri barədə şübhələr o qədər də yeni deyil” - deyərək "DerSpiegel” izah edir ki, hələ bir neçə il öncə erməni mafiyasının güman edilən üzvləri əvvəllər erməni mafiyasına aid olan yerli italyan restoranlarından birini nəzarətə götürmüşdülər. Alman jurnalistləri araşdırmalarında onu da üzə çıxara bilirlər ki, Neapolda saxlanılan erməni və iki italiyalı bu gün də bir-birləri ilə əlaqə saxlayır və görüşürlər də”.

Erməni mafiyasının müxtəlif ölkələrdə mövcudluğunu heç kim şübhə altına almır. Məsələn, Karaqanda vilayətində 2019-cu il yanvarın 1-də "Qədim Roma” restoranında 23 yaşlı qazaxı qətlə yetirən üç erməninin də mafioz erməni qrupları ilə əlaqəsi danılmazdır. Bütün Qazaxıstanı çalxalayan bu hadisə erməni mütəşəkkil cinayətkar dəstələrinin həm erməni diasporu, həm də bir sıra dövlətlərin təhlükəsizlik qurumları ilə sıx bağlılıqlarının mövcudluğunu ortaya qoyur. Qarabağ hadisələrində xaricdən sürü ilə gələn erməni cinayətkar dəstələrinin birbaşa silahlanaraq xüsusi qəddarlıqla döyüşlərə atılması, bundan başqa, Sumqayıtda, Özbəkistanın Fərqanə vilayətində, Qırğızıstanın Oş şəhərində çox sayda insanların xüsusi amansızlıqla qətlə yetirilməsi erməni mafiyasının nə qədər qəddar olmasını ortaya qoyur. "Qədim Roma” restoranındakı hadisədən sonra erməni diasporunun, Ermənistanın Qazaxıstandakı səfirinin və rəsmi İrəvanın təcili əl-ayağa düşməsi, bəyanatlar verməsi bütün bəşəriyyət üçün real təhlükə sayılan erməni mafiyasının əməllərini ört-basdır etməkdən, mütəşəkkil cinayətkar dəstələrin düşünülmüş siyasi qətllərini təsadüf kimi təqdim etməyə yönələn cəhdlərdən başqa bir şey deyil. Əksinə, bu faktlar ilk növbədə postsovet məkanında silsilə məqalələrin hazırlanmasını zərurətə çevirir.

Bahadur İMANQULİYEV,

"Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video