15 Yanvar 2019 20:26
349
İQTİSADİYYAT
A- A+

Keçən ilin 11 ayında Azərbaycanın xarici ticarət dövriyyəsi 29,2 milyard dollar olub


Ötən ilin yanvar-noyabr aylarında Azərbaycan Respublikasının hüquqi və fiziki şəxsləri dünyanın 182 ölkəsindəki tərəfdaşları ilə ticarət əməliyyatları həyata keçirib, 109 ölkəyə məhsul ixrac edilib, 173 ölkədən idxal olunub.

Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildiriblər ki, gömrük orqanlarında qeydiyyatı aparılmış, lakin gömrük rəsmiləşdirilməsi tam başa çatdırılmamış ixrac olunan xam neft və təbii qazın statistik qiymətləndirilmiş dəyəri nəzərə alınmaqla keçən ilin yanvar-noyabr aylarında ölkənin xarici ticarət dövriyyəsi 29 milyard 224 milyon ABŞ dolları, o cümlədən ixracın dəyəri 18 milyard 928,5 milyon dollar, idxalın dəyəri 10 milyard 295,5 milyon dollar təşkil edib. Nəticədə 8 milyard 633 milyon dollarlıq müsbət ticarət saldosu yaranıb.

Hesabat dövründə 2017-ci ilin yanvar-noyabr ayları ilə müqayisədə xarici ticarət dövriyyəsi faktiki qiymətlərlə 34,6 faiz, o cümlədən ixrac 35,9 faiz, idxal 32,1 faiz artıb. Real ifadədə isə dövriyyə 1,1 faiz, o cümlədən ixrac 1 faiz, idxal 1,2 faiz çoxalıb.

Dövlət Gömrük Komitəsinin məlumatlarına əsasən, ixracın 31 faizini İtaliyaya, 8,7 faizini Türkiyəyə, 6,2 faizini İsrailə, 4,6 faizini Çex Respublikasına, 4,2 faizini Hindistana, 4,1 faizini Almaniyaya, 4,0 faizini Tayvana (Çinin əyaləti), 3,3 faizini Rusiyaya, 3,2 faizini Kanadaya, hər biri 3,0 faiz olmaqla İndoneziya və Portuqaliyaya, hər biri 2,5 faiz olmaqla Gürcüstan və Fransaya, qalan 19,7 faizini isə digər ölkələrə göndərilmiş məhsulların dəyəri təşkil edib.

Ölkəyə idxal olunan məhsulların ümumi dəyərinin 16,2 faizi Rusiya, 14 faizi Türkiyə, 10,2 faizi Çin, 5,7 faizi Almaniya, 4,9 faizi İsveçrə, 4,6 faizi ABŞ, 4 faizi Ukrayna, 3,6 faizi İran, 3,5 faizi Yaponiya, 3 faizi İtaliya, 2,4 faizi Birləşmiş Krallıq, 27,9 faizi isə digər ölkələr ilə aparılmış idxal əməliyyatlarının payına düşüb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video