15 Yanvar 2019 17:37
392
DÜNYA
A- A+

İran peykini Yer orbitinə çıxara bilmədi


İran özünün "Pəyam” peykini müəyyən olunmuş orbitə çıxara bilməmişdir. Bu barədə İranın telekommunikasiyalar naziri Cavad Azəri Cəhromi məlumat vermişdir.

Nazirin dediyinə görə, daşıyıcı raket dünən yerli vaxtla saat 04:00-da "İmam Xomeyni” kosmodromundan start götürmüşdü. O qeyd etmişdir ki, daşıyıcı raketin birinci və ikinci mərhələləri ştat rejimində normal işləmiş, lakin daşıyıcıdan ayrılma zamanında texniki nasazlıq baş vermişdir. Peyk lazımi sürəti yığa bilməmiş və müəyyən olunmuş orbitə çıxmamışdır.

Yarım ay əvvəl Tehran bəyan etmişdi ki, qeyri-hərbi təyinatlı iki peyk – "Pəyam” və "Dusti” orbitə göndəriləcək.

Ötən il oktyabrın 3-də ABŞ-ın dövlət katibi Mayk Pompeo bildirmişdi ki, İran daşıyıcı raketlərdə ballistik raketlər istehsalında tətbiq olunan texnologiyalardan istifadə edir. O, Tehranı peyk buraxılışından imtina etməyə çağırmışdı.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video