15 Yanvar 2019 17:12
357
CƏMİYYƏT
A- A+

DTX-nin Mədəniyyət Mərkəzi bu dəfə abşeronlu uşaqları sevindirib


Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Mədəniyyət Mərkəzinin səhnələşdirdiyi "Tıq-tıq xanımın saxta babası” bu dəfə abşeronlu uşaqlarla görüşə gəlib.

Azərbaycan uşaq ədəbiyyatının banilərindən olan Abdulla Şaiqin sevilən personajlarından biri Tıq-tıq xanımın sərgüzəştlərini müasir üslubda işləyən quruluşçu rejissor və ssenari müəllifi Zəhra Quliyeva maraqlı və dinamik nağıl-tamaşa yaratmağı müvəffəq olub.

AZƏRTAC xəbər verir ki, yanvarın 15-də Xırdalan şəhərində yerləşən Abşeron Rayon Mədəniyyət Mərkəzinin tamaşa zalına toplaşan məktəbəqədər müəssisələrdə tərbiyə alan fidanlar sehrli nağıllar aləminə səyahət ediblər. Onların nağıldan tanıdıqları Tıq-tıq xanım bu dəfə fərqli, gözlənilməz məcrada cərəyan edən hadisələrlə üzləşib. Şaxta babanı tapmaq və onun Qar qızı olmaq arzusu ilə Tıq-tıq xanımın üzləşdiyi macəralar uşaqlar tərəfindən böyük maraqla, alqışlarla qarşılanıb.

Orijinallığı, kreativliyi, ritmik musiqi və rəqsləri, rəngarəng işıq effektləri, dinamikliyi ilə yadda qalan tamaşa balacalara təkrarolunmaz təəssüratlar, əsl bayram ovqatı bəxş edib. Aktyorların məharətli çıxışı, şən musiqilər, sevimli mahnılar, göz qamaşdıran kostyumlar və səhnə dekorasiyaları uşaqların şən əhval-ruhiyyəsinə hakim kəsilib, onları riqqətə gətirib.

Tıq-tıq xanım obrazını 9 yaşlı aktrisa Nuray Rəhman canlandırıb. Digər yaddaqalan obrazları Mədəniyyət Mərkəzinin aktyorları ilə birgə DTX-nin əməkdaşlarının övladları oynayıb.

Tamaşanın quruluşçu rejissorunun Mədəniyyət Mərkəzinin foyesində gözəl bir Yeni il guşəsi yaratması balacaların bayram əhval-ruhiyyəsinə əlavə rəng qatıb. Nağıl-tamaşadan sonra bura toplaşan uşaqlar, tərbiyəçilər, valideynlər yaradıcı heyətə yaddaqalan, xoş təəssüratlarla zəngin səhnə əsərinə görə minnətdarlıqlarını bildirib, nağıl qəhrəmanları ilə xatirə şəkilləri çəkdiriblər.

DTX-nin Mədəniyyət Mərkəzinin dövlət-gənclər siyasətinin mühüm tərkib hissəsi kimi gənc nəslin, o cümlədən uşaqların və yeniyetmələrin vətənpərvərlik, azərbaycançılıq, milli-mənəvi dəyərlərimizə bağlılıq ruhunda tərbiyəsi, eyni zamanda, onların asudə vaxtlarının səmərəli təşkili işinə töhfə vermək məqsədilə yaratdığı tamaşa ölkəmizin digər şəhər və rayonlarında da göstəriləcək.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video