15 Yanvar 2019 15:54
476
CƏMİYYƏT
A- A+

Dövlət İmtahan Mərkəzi “ASAN ödəniş” sisteminə inteqrasiya edilib


Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi "ASAN ödəniş” sisteminin əhatə dairəsinin genişləndirilməsi istiqamətində işləri davam etdirir.

Agentlikdən AZƏRTAC-a bildiriblər ki, Dövlət İmtahan Mərkəzi üzrə ödənişlərin "ASAN ödəniş” sisteminə inteqrasiyası uğurla başa çatdırılıb.

Yanvarın 8-dən etibarən həmin dövlət qurumu üzrə ödənişlər "www.e-gov.az”, "www.asanpay.az” portalı və ya "ASAN ödəniş” sisteminə qoşulmuş bütün ödəniş portalları, həmçinin 10 mindən artıq ödəniş terminalları vasitəsilə həyata keçirilir. Bununla da vətəndaşlar Dövlət İmtahan Mərkəzi üzrə şəxsi kabinetlərdəki hesablarına "ASAN ödəniş” sistemi vasitəsilə vəsait əlavə edə bilmək imkanı qazanıblar.

Qeyd edək ki, "ASAN ödəniş” sistemi Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 11 fevral tarixli 110 nömrəli Fərmanına əsasən yaradılıb. Hazırda 30 mərkəzi, 79 yerli icra hakimiyyəti, 6 publik hüquqi şəxs və dövlətə məxsus 7 hüquqi şəxs olmaqla, 122 dövlət qurumunun cərimə, vergi, rüsum, kommunal, lizinq, kredit, xidmət haqqı və s. 200-dən artıq xidmət üzrə ödənişləri "ASAN ödəniş” sistemi vasitəsilə həyata keçirmək mümkündür. Müvafiq ödənişlər "www.asanpay.az” ödəniş portalı, mobil tətbiqləri və terminalları, "Elektron hökumət” portalı, eləcə də sistemə qoşulmuş 10 mindən artıq ödəniş terminalları, respublika ərazisində fəaliyyət göstərən ən qabaqcıl ödəmə portalları, internet və mobil bankçılıq xidmətləri vasitəsilə nağd və ya nağdsız qaydada təmin edilir.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video