15 Yanvar 2019 14:36
308
CƏMİYYƏT
A- A+

Alimlər: Qlobal ekoloji fəlakət yaxınlaşır


ABŞ-ın Kaliforniya Universitetinin alimləri müəyyən ediblər ki, Antarktidada buzlar qırx il əvvəl olduğundan altı dəfə çox əriyir. Ərimə prosesinin güclənməsi yaxın on ildə dənizlərin səviyyəsinin qalxmasına səbəb ola bilər.

AZƏRTAC "Proceedings of the National Academy of Sciences” jurnalında dərc olunmuş məqaləyə istinadla xəbər verir ki, 1979-1989-cu illərdə Antarktidada hər il 40 milyard ton buz əriyib. 2009-cu ildən isə bu rəqəm 252 milyard tona çatıb. Dənizlərdə suyun səviyyəsinin bir millimetr qalxması üçün 360 milyard ton buzun əriməsi lazımdır. Alimlər bildirirlər ki, hətta daha dayanıqlı ərazi sayılan Cənub qütbü də qlobal istiləşmənin təsirinə məruz qalıb.

Tədqiqatçıları narahat edən odur ki, karbon qazının emissiyasının artması qlobal fəlakəti daha da yaxınlaşdırır. Onlar əlavə ediblər ki, 2100-cü ildə Yer kürəsində qlobal quraqlıq, isti, güclü tufanlarla yanaşı, dəniz səviyyəsinin 1 metr qalxması da gözlənilir. Bu, insanların yaşadığı adaların, o cümlədən Maldiv və Seyşelin su altında qalmasına, şirin su mənbələrinin yox olmasına gətirib çıxaracaq. XX əsrin əvvəlindən etibarən dənizlərin səviyyəsi 20 santimetr artıb.

Məqalədə qeyd olunur ki, Antarktidada bütün buzlaqların əriməsi dəniz suyunun 57,2 metr qalxmasına səbəb ola bilər. Bu prosesin güclənməsi isə nəhəng buz dağlarının okeana batması nəticəsində onların isti su ilə əhatə olunmasıdır. Güclü qar yağması bunun qarşısını almalıdır, lakin bu amil son illər buz təbəqəsinin əriməsinə əngəl ola bilmir. 1979-cu ildən bəri Payn Aylend buz dağı trilyon tondan çox buz itirib, Tueytsa buzlağında isə ərimə 634 milyard ton olub. Ən çox buz təbəqəsinin yerləşdiyi Şərqi Antarktidada da iqlim dəyişməsi hiss olunur.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video