15 Yanvar 2019 14:29
946
CƏMİYYƏT
A- A+

Yerkökü pəhrizi arıqlamağa kömək edir


Başqa karbohidrat pəhrizlərində olduğu kimi, yerkökü pəhrizinin əsas xüsusiyyəti orqanizmə hər gün yeni və daim yeniləşən hüceyrələrin əmələ gətirməsi, həmçinin hormon və fermentlərin sintezi üçün vacib olan zülal yaratmasıdır.

AZƏRTAC xəbər verir ki, yerkökünün tərkibində artıq çəkinin qarşısını almaqda vacib rol oynayan yod və sellüloza çoxluq təşkil edir. Əvvəlcə yerkökünü səliqə ilə yumaq və xüsusi bıçaqla təmizləmək lazımdır. Bitkinin üst qatında faydalı maddələr toplandığına görə onun qabığını nazik soyanda həmin maddələr itkiyə getmir. Cavan yerkökünü soymadan, axar su altında şotka ilə tərtəmiz yuyaraq istifadə etmək daha yaxşıdır.

Meyvəköklərini çiy halda yemək çox faydalıdır. Tərkibində təbii sellüloza olduğuna görə, yerkökü pis həzm olunur və ondan, əsasən, salatlara qatqı şəklində istifadə edilir. Yerkökündən hazırlanan şirə də çox faydalıdır. Diyetoloqlar yerkökünü termik şəkildə hazırlamağı məsləhət görmürlər.

On gün qəbul edilən yerkökü pəhrizi çox sadə və primitivdir. Həmin müddətdə yalnız yerkökü və xama yeyilir. Böyük həcmdə yerkökü sürtgəcdən keçirilir və bir az xama əlavə edilərək gün ərzində yeyilir. Sutkada bir dəfə bişmiş yerkökü hazırlanaraq qəbul edilir. Yerkökünün tərkibində orqanizmdən toksin və xolesterin çıxaran təbii sellüloza çəkini azaltmağa kömək edir. Həmin pəhrizə əməl etdikdə minimum 5 kiloqram çəki itirmək mümkündür. Onun qəbulu babasilin müalicəsində mühüm rol oynayır. Enterit və kəskin formada mədə xorası olmadıqda da hər gün yerkökü şirəsi içmək olar. Vitamin qıtlığı zamanı yerkökünü qida ilə qəbul etmək faydalıdır. 100 qram yerkökü şirəsi sutka normasını təmin edir. Lakin şirənin çox qəbul edilməsi dərinin saralmasına səbəb ola bilər. Körpələrə yerkökü şirəsini ikinci-üçüncü aydan sonra bir neçə damcı su ilə qarışdırıb vermək olar.

Yerkökü pəhrizindən mədə-bağırsaq sistemi xəstəlikləri zamanı, hamiləlik və laktasiya zamanı istifadə etmək yolverilməzdir.

Pəhrizin ziyanlı cəhəti qidada zülalın uzun müddət olmamasıdır. Zülal qıtlığı nəticəsində orqanizmdə əzələ toxumalarının azalması baş verir.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video