14 Yanvar 2019 13:22
263
CƏMİYYƏT
A- A+

Havanın temperaturunun yüksəlməsi iqlim dəyişikliyinin nəticələrindən biridir


İqlim dəyişikliyi və onun canlı aləmə təsiri getdikcə daha çox narahatlıq doğurur. Qeyri-sabit hava şəraiti və daşqınlar dünyada ciddi problemlər yaradır.

AZƏRTAC xəbər verir ki, Azərbaycan Milli Elmlər Akademiyasının Coğrafiya İnstitutunun direktor müavini Məhərrəm Həsənov iqlim dəyişikliyi haqqında danışarkən deyib: "Əsas səbəblərdən biri Yerlə Günəş arasındakı məsafənin 10 milyon kilometr civarında artması və azalmasıdır. Böyük vulkan püskürməsi zamanı bəzən vulkan külü 30-50 kilometr hündürlüyə qədər yüksəlir, hətta troposferə də keçə bilir. Belə hallarda atmosferdə, xüsusən troposferdə tozun miqdarı çoxalır. Sənayenin inkişafı, avtomobillərin sayının artması, istifadə olunan yanacağın keyfiyyətinin yüksək və ya aşağı olması atmosferə atılan zərərli qazların miqdarını çoxaldır”.

Direktor müavini iqlim dəyişmələrinin ölkəmizə təsiri barədə də danışıb: "Dörd ildir ki, Bakıya qar yağmaması iqlim istiləşməsinin nəticələrindən biridir. Əksər rayonlarda, meteoroloji stansiyalarda mütləq maksimum temperaturun yüksəldiyi müşahidə olunur. 2000-ci ilə qədər olan dövrdə ölkəmizdə maksimum temperatur 44 dərəcə idi. Həmin ilin iyulunda Naxçıvanda 46 dərəcə istilik qeydə alınıb”.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video