14 Yanvar 2019 12:49
284
DÜNYA
A- A+

2017-ci ildə ABŞ-da doğumun rekord sayda aşağı səviyyəsi qeydə alınıb


Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzinin məlumatına görə, ABŞ-ın bir çox ştatlarında əhalinin artım səviyyəsi getdikcə aşağı düşür.

AZƏRTAC xəbər verir ki, ekspertlərin tədqiqatları nəticəsində ABŞ-da doğulan uşaqların sayının aşağı olması belə bir qərara gəlməyə əsas verir. Hesabatda göstərilir ki, Cənubi Dakota və Yuta ştatlarında ümumi doğum əmsalı (hər 1000 qadına düşən körpələrin ümumi sayı) əhali artımı səviyyəsindən yuxarı olub. Ekspertlər təsdiqləyirlər ki, ölkədə əhalinin yenilənməsi üçün 1000 qadının dünyaya 2100 uşaq gətirməsi zəruridir. Məlum olub ki, 2017-ci ildə ABŞ-da ümumi doğum əmsalı 1765-in 1000-ə nisbəti olub ki, bu da əhali artımının səviyyəsindən aşağıdır. Mərkəzin məlumatına görə, 2017-ci ildə ABŞ-da təxminən 3,85 milyon uşaq doğulub. Bu, 1987-ci ildən bəri ən aşağı göstəricidir. Ən yüksək göstərici – 2228 uşaq Cənubi Dakotada, ən aşağı göstərici - 1421 uşaq isə Kolumbiya dairəsində qeydə alınıb.

Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzinin tədqiqatçıları təsdiqləyirlər ki, ABŞ-da doğum səviyyəsinin azalmasına təkcə mədəni və dini amillər deyil, həmçinin iqtisadi, o cümlədən maliyyə qətiyyətsizliyi, tələbə kreditləri borcu, ailə vəziyyəti ilə bağlı ödənişli məzuniyyətlərə dair siyasətin olmaması, uşağa qulluğun baha olması və s. öz təsirini göstərir.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video