Alternative content

16:12 18 Avqust 2019
ONLINE XƏBƏR LENTİ
00:40 18.08.2019 İsgəndəriyyə mayakı
00:38 18.08.2019 Milli ruhlu yazıçı
00:26 18.08.2019 Unutmaq mərəzi...
00:25 18.08.2019 Güclü immunitetin sirri
"BAKI-2019" TARİXƏ QOVUŞAN ANLAR
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

rus escort

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Prezident İlham Əliyev Qaradağ rayonunun Qobustan qəsəbəsində yeni inşa olunan xəstəxananın açılışında iştirak edib
Prezident İlham Əliyev Qaradağ rayonunun Qobustan qəsəbəsində yeni inşa olunan xəstəxananın açılışında iştirak edib YENİLƏNİB
ANA SƏHİFƏ / Tədbirlər
11:49 14.01.2019

Yanvarın 14-də Bakının Qaradağ rayonunun Qobustan qəsəbəsində Səhiyyə Nazirliyinin yeni inşa olunan 17 saylı birləşmiş şəhər xəstəxanasının açılışı olub.

AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva açılışda iştirak ediblər.

Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov və 17 saylı birləşmiş şəhər xəstəxanasının baş həkimi, Əməkdar həkim Elmira Rəfailova görülən işlər barədə məlumat verdilər. Bildirildi ki, 60 çarpayılıq dördmərtəbəli birləşmiş şəhər xəstəxanasının ərazisində təcili yardım stansiyası və digər binalar inşa olunub, zəruri infrastruktur yaradılıb. Xəstəxananın yerləşdiyi ərazinin ümumi sahəsi 1,4 hektardır, tibb ocağının binasının ümumi sahəsi isə 8 min kvadratmetrə yaxındır.

Dövlətimizin başçısı xəstəxananın rəmzi açılışını bildirən lenti kəsdi.

Qeyd edildi ki, Qobustanda xəstəxana 1955-ci ildən fəaliyyətə başlayıb. Xəstəxana binalarının yararsız vəziyyətdə olması nəzərə alınaraq Prezident İlham Əliyevin 2011-ci il 6 aprel tarixli Sərəncamı ilə Qobustan qəsəbəsindəki 17 nömrəli birləşmiş şəhər xəstəxanasının yenidən qurulması üçün maliyyə vəsaiti ayrılıb. Aparılan inşaat işləri zamanı köhnə xəstəxananın yerləşdiyi binalar tam sökülüb və onların yerində müasir standartlara cavab verən yeni xəstəxana binası inşa edilib.

Xəstəxana binasında ümumi qəbul, funksional diaqnostika, pediatriya, mama-ginekologiya, travmatologiya, cərrahiyyə və doğum şöbələri, rentgen, terapevt, EKQ, otorinolarinqoloq, oftalmoloq, stomatoloq kabinetləri, əczaxana yaradılıb. Tibb müəssisəsində, eyni zamanda, ümumi terapiya, reanimasiya şöbələri, böyüklər və uşaqlar üçün palatalar, laboratoriyalar var. Xəstəxananın hemodializ və fizioterapiya şöbələrində müasir avadanlıq quraşdırılıb, bütün şöbələr və bölmələr arasında birbaşa əlaqələr mövcuddur. Bu isə həm həkimlərin, həm də xəstələrin rahatlığını təmin etmək baxımından böyük rol oynayır. Xəstəxana binasında istirahət və gözləmə guşələri də yaradılıb. Tibb müəssisəsinin müşavirə zalı və yeməkxanası da var. Xəstəxana binası yüksək zövq və keyfiyyətlə inşa olunub. Tibbi heyət köhnə xəstəxana binasında gün ərzində 80-90 xəstəyə xidmət göstərə bilirdisə, yeni binada gün ərzində 200-300 xəstəyə tibbi xidmət göstərmək mümkündür. Yeni xəstəxana binasının istifadəyə verilməsindən sonra burada 200-250 həkim, orta və kiçik tibb heyəti və yardımçı işçilərin işlə təmin olunması nəzərdə tutulur.

Səhiyyə sisteminin təkmilləşdirilməsi, bu sahənin müasirləşdirilməsi və inkişafı son illərdə ölkəmizdə Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən dövlət siyasətində mühüm yerlərdən birini tutur.

Heydər Əliyev Fondu səhiyyə sahəsində həyata keçirilən dövlət siyasətinə dəyərli töhfələr verir. Fəaliyyəti dövründə Fondun təşəbbüsü ilə müxtəlif səhiyyə müəssisələrinin, o cümlədən xəstəxanaların, Müalicə-Diaqnostika, Reabilitasiya mərkəzlərinin, poliklinikaların inşası həyata keçirilib, səhiyyə ocaqları əsaslı təmir olunub və lazımi avadanlıqla təmin edilib. Fondun gələcəyimiz olan uşaqların sağlamlığı üçün atdığı addımlar görülən işlərin tərkib hissəsidir. Diabetli uşaqlara ən yüksək qayğı, talassemiyasız həyat naminə layihələr və Fond tərəfindən həyata keçirilən digər tədbirlər, ilk növbədə, vətəndaşlarımızın sağlamlığının qorunması, uşaqların sağlam böyüməsi kimi mühüm və nəcib məqsədə xidmət edir. Bu gün Azərbaycanda səhiyyənin inkişafı bir çox sahədə özünü aydın büruzə verir. Bu, istər yeni tibb ocaqlarının inşası, istər mövcud xəstəxana və tibb mərkəzlərinin bərpası, istərsə də tibb müəssisələrinin ən müasir avadanlıqla təchiz edilməsində özünü daha qabarıq göstərir. Bütün bunlar sübut edir ki, Azərbaycan vətəndaşlarının hərtərəfli tibbi xidmətlə təmin edilməsi istiqamətində icra olunan layihələri dövlətimizin başçısı daim nəzarətdə saxlayır. Bu layihələr, eyni zamanda, vətəndaşlarımızın məhz ölkəmizdə yüksək səviyyəli tibbi xidmətlərdən yararlanması ilə bağlı görülən mühüm işlərin davamlı olduğunu göstərir.

Sonra dövlətimizin başçısı tibb müəssisəsinin kollektivi ilə görüşdü.

Prezident İlham ƏLİYEV dedi:

-Bu gün Qaradağ rayonunun Qobustan qəsəbəsində çox gözəl hadisə baş verir, çox əlamətdar bir gündür. Biz yeni tikilmiş gözəl xəstəxananın açılışını birlikdə qeyd edirik. Bu münasibətlə sizi ürəkdən təbrik edirəm.

Çox gözəl binadır, çox gözəl şərait yaradılıb, ən müasir avadanlıq quraşdırılıb. Binanın sahəsi də çox böyükdür və əminəm ki, burada xəstələrə ən yüksək tibbi xidmət göstəriləcəkdir. Mən buraya gələrkən girişdə mənə xəstəxananın əvvəlki şəkilləri, görüntüləri göstərildi. Siz, burada işləyən həkimlər, tibb işçiləri yaxşı bilirsiniz ki, əvvəlki xəstəxananın vəziyyəti çox ağır, bərbad idi. Bu, təbiidir, çünki xəstəxana 50-ci illərin əvvəllərində fəaliyyətə başlamışdı və uzun müddət təmirsiz qalmışdı. Mən xatırlayıram, bir neçə il bundan əvvəl Qobustan qəsəbəsində olarkən mənə xəstəxananın baş həkimi müraciət etmişdi ki, yeni xəstəxana tikilsə yaxşı olar. Mən də dərhal göstəriş verdim, vəsait ayırdıq və bu gün bu gözəl xəstəxananın açılışında biz birlikdə iştirak edirik. Onu da xatırlayıram ki, o səfərdə bir neçə xahiş irəli sürülmüşdü. Onların arasında Mədəniyyət evinin, məktəbin, poliklinikanın və xəstəxananın tikilməsi təklifləri var idi və hər biri icra edildi. Yəni, qəsəbənin və rayonun sakinlərinin xahişləri ən yüksək səviyyədə yerinə yetirildi. Bu gün bu gözəl xəstəxana, ilk növbədə, bizim siyasətimizi əks etdirir. Onu göstərir ki, insan sağlamlığı bizim üçün ən başlıca məsələlərdən biridir, digər tərəfdən onu göstərir ki, yerlərdən, vətəndaşlardan gələn hər bir təklifə baxılır və imkan daxilində bu təkliflər təmin edilir, onlar yerinə yetirilir. Bu canlı təmas hesab edirəm ki, bizim uğurlarımızın təməlində dayanan ən vacib amillərdən biridir və mənim vətəndaşlarla müntəzəm görüşlərim, rayonlara səfərlərim, - təkcə keçən il 24 rayona səfər etmişəm, - Bakı qəsəbələrinin problemlərinin həlli ilə bağlı atılan addımlar və yerlərdən gələn təkliflərə müsbət yanaşılması bizim uğurlu inkişafımızı təmin edir. Əgər o vaxt mənim qarşımda bu məsələ qaldırılmasaydı, bəlkə də indi bu xəstəxana da tikilməyəcəkdi. Ona görə, mən həmişə deyirəm ki, insanları narahat edən, həlli vacib olan məsələlər daim məruzə edilsin, məlumat verilsin ki, biz bu məsələləri həll edək.

Qobustan xəstəxanasının timsalında biz inkişafda olan ölkəmizin dinamik addımlarını görürük. Bu gün Azərbaycan dünya miqyasında seçilən ölkələrdəndir ki, burada həm iqtisadi, həm sosial və bütün başqa məsələlər uğurla öz həllini tapır. Sosial məsələlərin arasında, əlbəttə ki, səhiyyə sisteminin inkişafı xüsusi yer tutur. Çünki bizim siyasətimizin mərkəzində Azərbaycan vətəndaşıdır və hər bir insan üçün onun sağlamlığı, onun yaxınlarının sağlamlığı xüsusi əhəmiyyət daşıyır. Biz çalışırıq və çalışacağıq ki, bu sahədə bütün lazımi tədbirləri görək. Onu da bildirməliyəm ki, təkcə son 15 il ərzində ölkəmizdə 600-dən çox xəstəxana, tibb müəssisəsi ya yenidən tikilib, ya da əsaslı şəkildə təmir edilib. Ölkəmizin hər bir şəhərində və ya onların mütləq əksəriyyətində müasir xəstəxanalar artıq tikilib və bir neçə şəhərdə tikinti işləri davam edir. Yaxın gələcəkdə Azərbaycanda elə bir şəhər olmayacaq ki, orada ən müasir tibbi mərkəz olmasın.

Siz yaxşı bilirsiniz ki, 5 milyondan çox insan hər il dövlət xətti ilə tibbi müayinədən keçir. Bu, bizim təşəbbüsümüzdür və dünyanın nadir ölkələrində belə təşəbbüs həyata keçirilir. Bunun da bir məqsədi var ki, vətəndaşlar, əgər onların sağlamlığında hər hansı bir problem varsa, onu vaxtında aşkar etsinlər və yüksək səviyyəli müalicə alsınlar. Bu proqram nəticəsində minlərlə insan artıq lazımi səviyyədə müalicə alır.

Diaqnostika və müalicə bir-biri ilə vəhdət təşkil edir. Bu xəstəxanada həm diaqnostika, həm də poliklinika şöbəsi, təcili yardım stansiyası və əməliyyat aparmaq üçün imkanlar, doğum şöbəsi var. Mənə məlumat verildi ki, bu məsələ ilə bağlı ciddi problemlər var idi və bu bölgədə doğum şöbəsi yox idi. Siz onu da yaxşı bilirsiniz ki, bu xəstəxana ətraf qəsəbələrə də xidmət göstərəcək, on minlərlə insan bu imkanlardan istifadə edəcək. Əlbəttə ki, bu xəstəxanada dializ şöbəsinin yaradılması xüsusi məna daşıyır. Çünki mənə verilən məlumata görə, burada böyrək xəstələri var ki, onlar da müntəzəm olaraq Bakıya dializ almaq üçün getməli olurdular. Bu da həm məsrəfdir, həm də narahatlıqdır, əziyyətdir. Ona görə, burada indi dializ şöbəsinin yaradılması bu insanlara da böyük dəstək olacaq, onlar öz sağlamlığını burada bərpa edəcəklər.

Biz bütün bunları, bütün bu işləri ona görə görürük ki, Azərbaycan vətəndaşları daha da yaxşı yaşasınlar və onları narahat edən məsələlər öz həllini tapsın. Əlbəttə ki, buna nail olmaq üçün güclü iqtisadiyyat olmalıdır və biz bu iqtisadiyyatı qururuq. Keçən ilin nəticələri, - bir neçə gün bundan əvvəl bu barədə mən xalqa hesabat verdim, - çox müsbətdir. Bu, onu göstərir ki, biz düzgün yoldayıq, biz uğurla inkişaf edirik və ölkəmiz öz hesabına, öz daxili imkanları hesabına bütün lazım olan məsələləri həll edir, həm sosial, həm iqtisadi, infrastrukturla bağlı və digər məsələləri. Əminəm ki, gələcək illərdə, o cümlədən əlbəttə ki, 2019-cu ildə biz bu müsbət dinamikanı saxlayacağıq, ölkəmiz uğurla inkişaf edəcək və bütün məsələlər öz həllini tapacaq.

Mən sizi bir daha bu gözəl hadisə münasibətilə təbrik edirəm və həkimlərə uğurlar arzulayıram. Həkimlər üçün gözəl iş yeri yaradılıbdır ki, siz burada xəstələrə yaxşı xidmət göstərəsiniz. Sağ olun.

x x x

Xəstəxananın baş həkimi, Əməkdar həkim Elmira RƏFAİLOVA yaradılan şəraitə görə dövlətimizin başçısına minnətdarlığını bildirərək dedi:

-Möhtərəm cənab Prezident, hörmətli Mehriban xanım, biz sizi bir daha salamlayırıq, rayonumuza xoş gəlmisiniz. Bu gün Qobustan qəsəbəsi və bütün Qaradağ rayonu sevinc içərisindədir. Keçən əsrin 50-ci illərində tikilmiş 17 saylı birləşmiş şəhər xəstəxanası yararsız vəziyyətə düşdüyündən Siz dərhal Sərəncam verdiniz, xəstəxana söküldü və yerində yenisi tikildi. Bu müasir, gözəl tibbi cihazlarla təmin olunmuş xəstəxananı bu gün bizə hədiyyə edirsiniz. Bu hədiyyəyə görə Sizə böyük minnətdarlığımızı bildirmək istəyirik. Bu, şəxsən Sizin və Mehriban xanımın tibb sahəsinə olan qayğınızın nəticəsidir.

Dörd ildən artıqdır ki, Sizin Sərəncamınıza əsasən ildə bir dəfə əhalinin dispanserizasiyası keçirilir, bu aksiya xəstəliklərin aşkar edilməsinə və profilaktikasına böyük kömək edir. Belə bir növbəti dispanserizasiya bu gözəl binada daha səmərəli və keyfiyyətli keçəcək. Xüsusilə vurğulamaq istəyirəm ki, bizim xəstəxanada hemodializ və travmatologiya şöbələri Qaradağ rayonu tarixində ilk dəfə fəaliyyət göstərəcək. Nəinki bizim qəsəbəyə, ətrafdakı rayonlara, 50-60 min əhaliyə xidmət göstərmək imkanımız var. Bütün cihazlarımız, hər bir imkanımız var. Biz Sizə söz veririk ki, xalqımıza vicdanla, keyfiyyətlə xidmət edəcəyik.

Kollektivimiz adından və Qobustan qəsəbəsi sakinləri adından, bütün Qaradağ rayonu adından Sizə böyük minnətdarlıq edirik. Sizə və ailə üzvlərinizə cansağlığı, Azərbaycan naminə yorulmaz fəaliyyətinizdə yeni-yeni uğurlar diləyirik. Allah Sizi və Sizin ailənizi qorusun. Çox sağ olun.

Prezident İlham ƏLİYEV: Sağ olun.

Qobustan qəsəbəsi Ağsaqqallar Şurasının sədri Allahverdi MƏMMƏDOV dedi: Cənab Prezident, Qobustana ikinci dəfədir gəlirsiniz. Sizin gəlişiniz bizim üçün bayramdır. Bu bayramı bizə nəsib etdiyinizə görə Sizə minnətdarıq.

Qobustan qəsəbəsinin əhalisi adından, ağsaqqallar, ziyalılar adından Sizə "Xoş gəlmisiniz!” deyirik, Sizə uğurlar, cansağlığı arzulayırıq. Allah Sizi bizə çox görməsin.

Prezident İlham ƏLİYEV: Çox sağ olun, Qobustan qəsəbəsinin, bütün Qaradağ rayonunun sakinlərinə salamlarımı çatdırın. Bilirsiniz ki, məni Qaradağ rayonu ilə uzun tarix birləşdirir. Mən öz siyasi fəaliyyətimi buradan başlamışam.

Allahverdi MƏMMƏDOV: Mehriban xanım bizim Qobustan qoruğunu 2007-ci ildə UNESCO-ya daxil edib. Bizim bu Qobustanı dünyaya tanıtdırdığı üçün sevimli Mehriban xanıma minnətdarıq.

Mehriban ƏLİYEVA: Çox sağ olun.

Allahverdi MƏMMƏDOV: Qəsəbəmizin sakinləri adından Sizə də minnətdarlığımızı bildiririk, cənab Prezident, çox sağ olun.

Prezident İlham Əliyev: Çox sağ olun.

x x x

Sonda xatirə şəkli çəkdirildi.



NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM