Alternative content

16:41 20 Mart 2019
ONLINE XƏBƏR LENTİ
01:41 20.03.2019 Sarsılmaz birlik
01:30 20.03.2019 Növbəti simpozium
01:13 20.03.2019 Xalq oyunları
01:11 20.03.2019 Birlik bayramı
20 Yanvar: FOTOKOMPOZİSİYA
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Azərbaycan ehtiyatı əldən vermir
Azərbaycan ehtiyatı əldən vermir
ANA SƏHİFƏ / İQTİSADİYYAT
00:51 13.01.2019


Ölkəmizdə alternativ və bərpa olunan enerji potensialı yaradılır


Azərbaycanda həyata keçirilən iqtisadi islahatlar əhatəsinə görə çoxspektrlidir. Məqsəd ölkənin hərtərəfli inkişafını təmin etməkdir. Bunun üçün bir çox layihələr həyata keçirilir. Onlardan biri ölkənin enerji təhlükəsizliyinə nail olmaqdır. Məlumdur ki, Azərbaycanda uzun illər elektrik enerjisi su və istilik elektrik stansiyalarından əldə edilir. Amma artıq dünyada yeni alternativ və bərpa olunan enerjidən istifadəyə üstünlük verilir. Bu, həm iqtisadi cəhətdən, həm də ekoloji baxımdan sərfəlidir.

Ötən il həm də mühüm enerji layihələrinin başa çatması, yeni sazişlərin imzalanması, eləcə də elektrik enerjisi və bərpa olunan enerji sahələrində mühüm tədbirlərlə yadda qaldı. Bu sahədə həyata keçirilən islahatyönümlü tədbirlər və layihələr yaxın gələcəkdə bərpa olunan enerji sahəsində köklü dəyişikliklərə imkan yaradacaq.

Azərbaycanda bərpa olunan enerji sahəsinin inkişafı, potensial imkanları araşdırmaq məqsədilə Energetika Nazirliyi və "BP-Azerbaijan” Anlaşma Memorandumu imzalayıb. Məqsəd ölkəmizdə alternativ və bərpa olunan enerjinin istehsalını artırmaq, enerji təhlükəsizliyinin təminatında rolunu genişləndirməkdir. Bərpa olunan enerji sahəsinin inkişafı üçün beynəlxalq təcrübə öyrənilir, qanunvericilik bazası təkmilləşdirilir, xarici şirkətlərlə məsləhətləşmələr aparılır. "BP-Azerbaijan”la imzalanan sənədlə Azərbaycanın indiyə qədər bərpa edilən enerji mənbələri üzrə gördüyü işlər yeni inkişaf mərhələsinə daxil olacaq. BP ilə uzun illər neft-qaz sahəsində etibarlı tərəfdaşlığa əsaslanan əməkdaşlıq bərpa olunan enerji sahəsində də ölkəmizə fayda verəcək. Bu şirkət 20 ildən artıqdır ki, dünyada neft-qaz hasilatı ilə yanaşı, bərpa olunan enerji mənbələri sektorunda da fəaliyyət göstərir. Həmin şirkətlə memorandumun imzalanması bizə BP-nin əldə etdiyi zəngin təcrübədən istifadə etmək imkanı yaradır.

Dünyada aparılan elmi araşdırmalar göstərir ki, bərpa edilən enerji ən sürətlə artan enerji forması olacaq. Çünki istifadə edilən enerji resursları tərkibcə az karbonlu mənbələrdən istifadə etməyə imkan verir. Bu məqsədə nail olmaq üçün bərpa edilən enerji mənbələri üzrə normativ-hüquqi bazanın yaradılması vacibdir. Hazırda bunun üçün qanunvericilik bazasının təkmilləşdirilməsi üzərində iş aparılır.

BP dünyada az karbonlu enerji mənbələrinə keçidlə bağlı gündəlikdə duran məsələlərin reallaşdırılmasına yardım etmək öhdəliyi də götürüb və atmosferə daha az tullantılar buraxmaq şərti ilə daha çox enerji istehsal etmək səylərinə dəstək verir. "BP Alternative Energy” də üç platformada (bərpa olunan yanacaqlar, bərpa olunan enerji və bərpa olunan məhsullar) zəngin təcrübəyə malikdir və bu istiqamətdə əlavə imkanlar qazanmaq üzərində araşdırmalar aparır.

Ölkəmizdə özəl sektorun da alternativ və bərpa olunan enerjinin istehsalı sahəsinə cəlb edilməsi istiqamətində mühüm işlər görülür. Məqsəd bu sektoru qeyri-dövlət sərmayəsi hesabına inkişaf etdirməkdir. Hazırda bərpa olunan enerji sahəsinə özəl investisiyanın cəlb edilməsi məqsədilə normativ-hüquqi bazanın formalaşdırılması, güzəştli tariflərin və digər təşviqedici sənədlərin hazırlanması istiqamətində iş aparılır.

"Bərpa olunan enerji mənbələri haqqında” qanun layihəsinin hazırlanması üzrə məsləhətçi DNV-GL şirkəti özəl investisiyasının cəlb edilməsi üçün qanunvericilik aktına daxil ediləcək müddəaları nəzərdən keçirir. Bu sənəddə dövlət siyasəti və tənzimləmə, bərpa olunan enerji mənbələrindən istifadəyə dəstək rejimləri, istehsal güclərinin şəbəkəyə qoşulması, həmçinin istehsal olunan elektrik enerjisinin satın alınması ilə bağlı təminatlar, elektrik enerjisi şəbəkəsinin idarə olunması ilə bağlı texniki qaydalar, müqavilə bazası, lisenziya və icazələr kimi məsələlər öz əksini tapacaq.

Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinin araşdırmalarına görə, Azərbaycanda bərpa olunan enerji mənbələrinin, xüsusilə külək və Günəş enerjisinin potensialı böyükdür. Agentlik yaxın illərdə külək enerjisi üzrə 350, Günəş enerjisi üzrə 50 və bioenerji üzrə 20 MVt generasiya güclərinin yaradılmasını planlaşdırır.

Azərbaycanda ilk dəfə aqrar texnologiyalar və yaşıl enerji üzrə "AgTech and Green Energy” mövzusunda Beynəlxalq Forum keçirilib. Forum Energetika və Kənd Təsərrüfatı nazirliklərinin birgə təşkilatçılığı ilə ADA Universitetində olub. Məqsəd Azərbaycanda enerji və kənd təsərrüfatı sahələrinin innovativ inkişafına nail olmaq, bərpa olunan enerji mənbələrindən istifadəni dəstəkləmək, maraqlı tərəflər arasında əlaqələri gücləndirmək, dayanıqlı biznes modelləri və əlaqələr qurmaqdır.

Alternativ və bərpa olunan enerji mənbələri tükənməzdir. Onun bir üstün cəhəti də ekoloji baxımdan təmiz olması və ətraf mühitə zərər verməməsidir. Dünyada gələcəkdə bu enerji növünə üstünlük verilməsi artıq danılmazdır. Ölkəmiz də bu istiqamətdə uzunmüddətli hədəflərə çatmaq üçün indidən ehtiyatı əldən verməyərək tədbirlər görür.

Rüstəm KAMAL,

"Azərbaycan”



NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU


VALYUTA


ARXİV


TƏQVİM