13 Yanvar 2019 00:32
896
Elm və texnika
A- A+

3 ildən sonra Marsda yaşaya biləcəyik


Amma 1 ilimiz 687 gün, suyumuz daha duzlu, çəkimiz isə 60 faiz az olacaq


Mars həyatı şərtləndirən su, oksigen və atmosfer təzyiqi baxımından yetərsiz olsa da, Yer planeti ilə bir çox ortaq nöqtəyə sahibdir.

Planetimizlə müqayisədə Mars daha az kütləyə və daha kiçik ölçüyə sahibdir. Mars dünyanın yarısından bir az böyükdür. Dünyanın həcminin 15 faizinə, kütləsinin 10 faizindən artığına sahibdir. Amma Marsın Yerlə bəzi oxşarlığı bir gün orada da həyatın mümkün ola biləcəyinə işarə edir.

Dünya kimi, Marsda da dörd fəsil yaşanır. Hər fəsli üç ay davam edən dünyadan fərqli olaraq, Marsda mövsümlər daha uzundur. Marsın Günəş ətrafındakı bir dövriyyəsi 365 deyil, 687 gün davam edir. Yəni Marsın bir ili dünyanın iki ilinə bərabərdir.

Rəngli aurora işıqları sadəcə dünyaya xas bir şey deyil. Marsın da özünəxas aurorası var. Marsda bir gün 24 saat 40 dəqiqədir.

2008-ci ildə NASA tərəfindən Marsın bəzi yamaclarında su axını kəşf edilib. Bu su yay ayılarında maye halında olur, qışda isə donur. Marsın yayı Dünyanın yayından çox soyuq keçir. Marsda olan su dünyadakına nisbətən çox duzludur. Bu planetdə günəşin batışı mavi rəngdə olur.

Marsdakı hava təzyiqi dünyadakının 10 faizi qədərdir. Alimlərin fikrincə, burada bitki yetişdirmək mümkündür. Deyilənə görə, Marsın torpağı çəmən torpağı ilə gübrələndirilərsə, burada 10 növə qədər bitki yetişdirmək olar. Məsələn, pomidor, çovdar, turp, ispanaq, çuğundur, soğan və daha nələr...

Marsda dünyadakı bir şəlaləyə bənzəyən geolojik möcüzənin varlığı kəşf edilib. Ancaq ərimiş lavalarla doudur.

2022-ci ildə bu planetdə yaradılacaq insan koloniyasında yaşamaq üçün artıq 100 mindən çox insan müraciət edib. Bu gün isə Marsda 7 ədəd robot yaşayır. Onu da unutmayın ki, Marsda dünyadakı ağırlığınızın 60 faizini itirirsiniz. Dünyada 100 kilosunuzsa, orda 38 kilo olacaqsınız.

Fərizə ƏHMƏDOVA,

"Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video