Alternative content

10:15 20 Iyun 2019
ONLINE XƏBƏR LENTİ
Bakıda futbol festivalı
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

rus escort

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Bilirsinizmi...
Bilirsinizmi...
ANA SƏHİFƏ / Elm və texnika
00:29 13.01.2019


* Kişilər günəşli günlərdə şiddət göstərməyə daha çox meyilli olurlar.

* Qadınlardakı sinir reseptorlarının sayı kişilərdəkindən ikiqat çoxdur. Buna görə ağrını daha çox hiss edirlər. Ancaq ağrıya qarşı davamlılıqları daha güclüdür.

* Pulun metallik qoxusu, əslində, dəmir və ya mis ilə reaksiyaya girincə parçalanan bədən yağlarının səbəb olduğu bir qoxudur.

* Eskimoslar soyuducudan yeməkləri donmasın deyə istifadə edirlərmiş.

* Qanımızın orqanizmimizdə hərəkəti, sadəcə, 22-23 saniyə təşkil edir.

*İnsanlıq tarixinin başlanğıcından etibarən orta hesabla 111 milyard insanın öldüyü təxmin edilir.

* Bədən temperaturumuz yuxu nizamı ilə sıx bağlıdır. Çox isti yay günlərində rahat yuxu yata bilməməyimiz də bununla əlaqəlidir. Yaxşı bir yuxu üçün ideal temperatur 18-30 dərəcə arasında olmalıdır.

* İrəliyə doğru addımladıqda insan bədənindəki 54 əzələ işləyir.

*Birinin simasını tanımaq üçün beynin sağ tərəfi istifadə edilir.

* Bal günəş görmədikcə qətiyyən xarab olmaz.

* Səmadakı ulduzların sayı dünyada olan bütün çimərliklərdəki qum dənələrinin sayından da çoxdur.

* Soğan doğrayarkən saqqız çeynəsəniz, gözləriniz yaşarmayacaq.

lİnsanın bədənindəki ən güclü əzələ çənə əzələsidir.

* Dünyanın ən uzun tıxacı 12 gün davam edib. Tıxacda qalan maşınlar gündə 1 km irəliləyə biliblər.

* Everest dağında indiyədək 200-dən çox alpinist cəsədi tapılıb.

* İnsan ömrü boyunca dünya kürəsini təxminən üç dəfə gəzəcək qədər yeriyir.

* Gecələr, gündüzdən fərqli olaraq, boyumuz 1 sm qısalır.

* Soyuq otaqda yatmaq kabus görmək ehtimalını artırır.

* Spirtli içkidən sonra qəhvə içmək insanı ayıltmır. Əksinə, spirtin effektini daha da artırır.



NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU


VALYUTA


ARXİV


TƏQVİM