Alternative content

17:08 23 Yanvar 2019
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
20 Yanvar: FOTOKOMPOZİSİYA
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Messinq möcüzəsi
Messinq möcüzəsi
ANA SƏHİFƏ / Elm və texnika
00:26 13.01.2019


Volf Qriqoryeviç Messinq XX əsrin ən məşhur ekstrasenslərindən olub. Telepat, hipnozçu kimi tanınan Volf 1899-cu il sentyabrın 10-da o dövrlər Rusiya imperiyasının tərkibində olan Varşavanın yaxınlığındakı Qura Kalvariya kəndində doğulub.

Kasıb yəhudi ailəsində böyüyüb və həmişə də qeyri-adi yaddaşı, müşahidə qabiliyyəti ilə seçilirmiş. Günlərin birində Volf qaranlıq kənd yolunda ağ paltarlı, iri cüssəli, gur səsli biri ilə qarşılaşır və həmin şəxs ona "Sən Tanrının əmriylə ieşibota getməlisən” deyə əmr edir.

Anadangəlmə əsəb xəstəsi olan Volf bu hadisədən o qədər həyəcanlanır ki, huşunu itirir, bir neçə gün xəstə yatır. Sonradan baş verənləri atasına danışır və evin ağsaqqalı onun Tanrının əmriylə hərəkət etməli olduğunu bildirir.

Qeyri-adi qabiliyyətini də ilk dəfə Berlinə getmək üçün mindiyi qatarda kəşf edir. 13 yaşlı oğlan bilet əvəzinə bələdçiyə adi kağız parçası uzadır və sadəcə, çox istəyir ki, bu kağızı bilet kimi qəbul edilsin. Baş tutur! Volf ilk dəfə anlayır ki, tutulduğu "Ay xəstəliyi” təkcə gecələr durub gəzməklə yekunlaşmırmış, o, həm də hələ sirrini bilmədiyi qeyri-adi qabiliyyətə malikdir.

Günlərin birində yorğunluq və aclıqdan bayılmış 15 yaşlı Volfu Berlin küçəsində tapıb berlinli psixiatr Abelin yanına gətirirlər. Abel ilk müşahidələrindən onda qeyri-adi qabiliyyətin olduğunu başa düşür və gələcək telepat burada ilk dərslərini alır. Messinqin orqanizmi öz gücünü saxlayaraq katalepsiyaya düşürdü və Volf bunu istədiyi an edə bilərdi. Beləliklə, Messinqin "səhnə” fəaliyyəti başlayır. O, sirklərdə "meyit” rolunu oynayırdı. Zamanla başa düşür ki, başqa insanların fikirlərini eşitməyi bacarır. Öz çıxışları ilə Avropa və Cənubi Amerikanı gəzir. O vaxtdan Volf bütün dünyada şüurlara təsir edən və onları istədiyi kimi idarə edə bilən bir insan kimi məşhurlaşır.

İkinci Dünya müharibəsi zamanı Messinq həbsxanaya düşür. Burada da öz qeyri-adi qabiliyyətindən istifadə edir. Həbsxana gözətçilərinin birbaşa şüurlarına təsir edir və təlqinlə qapını onlara açdıraraq onları içəri salır. Qaldığı hücrənin qapısını isə arxadan bağlayaraq qaçır.

Messinqin yolları Stalinlə də kəsişir. Stalin Messinqə etibar etməyə və onunla işləməyə başlamamışdan öncə onu sınamaq qərarına gəlir. Messinqə dövlət bankına getməsi və hər hansı bir sənəd olmadan irihəcmli bir məbləği əldə etməsi tapşırılır. Onu iki zabit də müşayiət edir. Volf öz cib dəftərçəsindən bir vərəq cırır və zabitlərə göstərir. Daha sonradan isə vərəqi kassirə verir. Kassir isə diqqətlə boş vərəqə baxır və ciddi şəkildə digər sənədlərin içərisinə qoyduqdan sonra Volf Messinqə 100 min rubl təqdim edir. Messinq zabitlərin yanına qayıdır və pulları onlara göstərir.

Lakin bu, Stalini qane etmir. O, Messinqə Kremldəki kabinetinə icazəsiz daxil olmağı tapşırır. Bununla yanaşı, qapıdakı gözətçilərə ciddi şəkildə onu içəri buraxmamaq tapşırılır. Ekstrasens bu yeni tapşırığın öhdəsindən də asanlıqla gəlir. O, tək içəri girməklə kifayətlənmir və içəri girdikdə Stalinə əli ilə salam da verir.

Messinq ömrünün sonuna qədər tənha yaşayıb. O, 1974-cü il noyabrın 8-də ürəyində keçirilən cərrahiyyə əməliyyatı zamanı dünyasını dəyişib.


NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU


VALYUTA


ARXİV


TƏQVİM