Alternative content

17:10 23 Yanvar 2019
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
20 Yanvar: FOTOKOMPOZİSİYA
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV 2018-ci ilin səs-küysüz kəşfləri
2018-ci ilin səs-küysüz kəşfləri
ANA SƏHİFƏ / Elm və texnika
00:23 13.01.2019


Birinci dəfə araba təkəri kəşf olunanda, çox güman ki, küysüz ötüşməyib. Uzun illər boyu bəşəriyyətin əsas kəşflərinin böyük əks-sədası olub. Lakin indi insanlar yeniliklərlə o qədər də heyrətlənmirlər. Ona görə ki, bir ildəki kəşflərin sayı əvvəlki əsrlərdəkindən müqayisəolunmaz dərəcədə artıqdır. Bəzən isə min ilin kəşfləri müasir elmin bir aylıq nailiyyətləri ilə müqayisədə zəif görünür. Amma hər halda planetin ötənilki innovasion məzmun daşıyan vacib kəşflərini sadalamağa dəyər.

İnsanın DNT kodunun redaktəsi. Çində geni modifikasiya olunmuş uşaqların peyda olması xəbəri ötən ilin ən vacib hadisələrindəndir. Professor Xe Czyankun embrionun DNT kodunu redaktə edərək CCR5 genini ayırıb çıxarmaqla onun QİCS infeksiyasına qarşı müqavimətini bərpa edə bilib. Dünyaya gələn iki əkiz qızın ataları QİCS virusuna yoluxsa da, körpələr vaxtında və sağlam doğulublar. Amma eksperimentlərin uğurlu keçməsinə baxmayaraq, elm aləmində etik baxımdan qəbuledilməz addım kimi narazılıqla qarşılanmışdır. Professorun çalışdığı Cənub Universiteti bu layihəylə bağlı olmadığını rəsmi surətdə bəyan etmiş, alimin isə hələ ötən ilin fevralında vəzifəsindən getdiyini bildirmişdir.

Günəşin öyrənilməsi. Amerikanın "Parker Solar Probe” adlı kosmik avtomatik stansiyası fəzaların tədqiqində ilk dəfə Günəşə digər kosmik aparatlardan daha çox - 27,2 milyon kilometrədək yaxınlaşa bilmişdir. Əvvəlki 43 milyon kilometrlik rekord 1976-cı ildə "Helios 2” gəmisi tərəfindən əldə edilmişdi. 2018-ci ilin fevralında fəzaya çıxan "Parker Solar Probe” Günəş haqqında məlumatları yeddi il toplayacaq və ona 6 milyon kilometrədək yaxınlaşacaq.

Xərçənglə mübarizə. 2018-ci ildə Nobel mükafatı səhiyyə sahəsində xərçəng xəstəliyinin müalicəsində dönüş yaradan kəşfə görə verilmişdir. Amerikalı Ceyms Elisson və yaponiyalı Tasuka Xondze bədxassəli şişlərlə mübarizəyə orqanizmin immun resurslarını cəlb etməyin yolunu kəşf edə biliblər. Yeni terapiya sağalması mümkün olmayan xəstəliklərdən əziyyət çəkənlərin səhhətini yaxşılaşdırmağa imkan verir. Ən vacibi isə odur ki, yeni müalicə üsulu "kimyəvi terapiya” qədər insan orqanizmi üçün ziyanlı olmayacaq və birbaşa zədələnmiş hüceyrələrə qarşı yönəldiləcək. Ekspertlər iki alimin onkologiya sahəsindəki bu kəşfinin "inqilabi” yenilik olduğunu bəyan edirlər. Hazırda orqanizmə ziyanlı təsirləri olmayan innovativ dərman preparatlarının hazırlanması istiqamətində işlər görülür. Amma tədqiqatlar hələ bir neçə il də davam edə bilər.

Neyrocərrah robot. Ötən ilin ən vacib kəşflərinin müəyyən hissəsi neyrocərrahiyyə və robototexnikaya aiddir. Artıq robotlar "kubik-rubik”i yığa bilir, ətirlər yaradır, əsərlər çəkirlər. Amma onların görə biləcəyi ən faydalı işlər səhiyyə ilə bağlıdır. 2018-ci ildə Hollandiya alimləri neyrocərrahiyyə əməliyyatları üçün robot yaratdıqlarını bəyan ediblər. Neyrocərrah robot baş beyinə cərrahiyyə əməliyyatlarında vacib olan istənilən bucaq altında müdaxilə edə biləcək. Belə proqnozlaşdırılır ki, robotlar iki il müddətində klinik təcrübələrdən sonra istehsalata tətbiq ediləcəklər.

Fikrin gücü ilə idarə olunan əl. İnsult keçirən insanlar uzunmüddətli müalicə alsalar da, bir çox hallarda səhhətlərini sonadək tam bərpa edə bilmirlər. Lakin aparılan tədqiqatlar və elmi araşdırmalar müalicələrin yaxın gələcəkdə daha faydalı olacağı qənaətinə gəlməyə ümid yeri qoyur.

Rusiya unikal ekzobilək əlcəklərin istehsalına başlayıb. Belə əlcək şüurun verdiyi komandalarla idarə olunur və xəstəyə lazım olan hərəkətlərin düzgün yerinə yetirilməsini qiymətləndirməyə imkan verir.

Əlcək ağır iflicdən sonra əlin hərəkət funksiyalarını bərpa etməyə imkan verəcək. Belə əlcəyin interfeyzi beyindən şüalanan elektromaqnit dalğaları qəbul etməklə komandanı düzgün təyin edəcək və hərəkəti yerinə yetirmək üçün əmr verəcək. İdeyanın reallaşdırılması istiqamətində çalışan mütəxəssislər belə qənaətə gəlirlər ki, əgər iflic keçirən xəstələr gecikmədən bu "əlcək”lə müalicələrə başlasalar, bir neçə aya ətraflarının itmiş funksiyasını tam bərpa edə bilərlər.

Həyat üçün yararlı ekzoplanetlər. Ötən il alimlər, həmçinin, Günəş sistemindən kənarda həyat üçün yararlı planetlərin axtarışları ilə məşğul olublar. Tədqiqatlar nəticəsində belə bir planet Yer kürəsindən 4,22 işıq ili məsafəsində kəşf edilib. Bu planetdə maye okeanların olması ehtimal edilir. Onun bir üzü Günəşə bənzər ulduza baxır, ikinci tərəfi isə daim kölgədə yerləşir. Belə bir planetdə ciddi temperatur fərqləri mövcud olsa da, okean axınları istini soyuq tərəfə apara bilər.

Eyni zamanda alimlər Günəş sisteminin əkizi sayılan TRAPPIST-1 ulduzlar sistemini tədqiq edirlər. Bu planetlər sisteminin mərkəzindəki ulduzun ətrafında 7 planet dövr edir və onlardan üçünün həyat üçün yararlı olması ehtimal edilir. Bu ulduzların hər birinin modelini yaradan mütəxəssislər təyin ediblər ki, mərkəzi ulduzdan sonra dördüncü planetdə həyat mümkündür.

Kosmik lift üçün 160 filin ağırlığına dözən lift kəşf edildi. Çinlilərin yaratdığı çox möhkəm liftin bir kubsantimetri 800 tonluq yükə davam gətirmək gücünə qadirdir. Bu, təxminən 160 filin çəkisi deməkdir. Hazırlanmış materialın bir kubsantimetrinin çəkisi isə cəmi 1,6 qramdır.

Liftin konstruksiyası karbon atomlarından yığılan silindrvarı molekullardan hazırlanmış nanoborulardır. "Nanos” latın dilindən "cırtdan” kimi tərcümə edilir. Bu cırtdan borular isə öz aralarında 6 guşəli silindr formasında bir-birinə bağlıdır. Hər borunun diametri bir nanometrdən kiçikdir. Bir nanometr isə metrin milyonda birinə bərabərdir. Alimlər bu liftləri, ağla gətirmək mümkün olmasa da, kabel formasında birləşdiriblər. Kəşfin müəllifləri bildirirlər ki, onların hazırladığı kabel kosmik liftə lazım olandan 10 dəfə çox yükə dözə bilir. Eksperimentlər zamanı hazırlanmış kabel çox yüksək keyfiyyətlərə malik olduğunu sübut etmişdir. Bu da onun innovativ layihələrdə geniş tətbiqinə imkan yaradacaq.

Pilotsuz uçan taksi. 2018-ci ildə Yeni Zelandiyada dünyada ilk dəfə uçan pilotsuz taksilərin sınaqlarına start verilmişdir. 8 illik əmək sərf edilən layihə başa çatmaq üzrədir. Yeni pilotsuz nəqliyyat vasitəsinə "Cora” adı verilib. O, vertikal enib-qalxa bilir və yerdəki operator tərəfindən idarə ediləcək. Hava taksisi elektrik mühərriki ilə təchiz edilib və cəmi iki nəfər sərnişin götürə bilir.

"Cora” 150-900 metr hündürlükdə uça bilsə də, sürəti saatda 177 kilometrdir. Batareya bir dəfə yükləndikdən sonra azından 100 kilometrlik uçuşa bəs edir. Uçan taksi "Zephyr Airworks” kompaniyasının əməkdaşları tərəfindən yaradılmışdır və bir neçə aya müştərilərinə xidmət göstərə bilər.

Bahadur İMANQULİYEV,

"Azərbaycan”


NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU


VALYUTA


ARXİV


TƏQVİM