Alternative content

17:09 23 Yanvar 2019
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
20 Yanvar: FOTOKOMPOZİSİYA
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Hikmət Hacıyev: Ermənistanın “konyak diplomatiyası”nın maliyyə mənbəyini kriminal pullar təşkil edir
Hikmət Hacıyev: Ermənistanın “konyak diplomatiyası”nın maliyyə mənbəyini kriminal pullar təşkil edir
ANA SƏHİFƏ / SİYASƏT
21:17 12.01.2019

Prezident İlham Əliyevin Nazirlər Kabinetinin 2018-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında qeyd etdiyi kimi, Ermənistan tərəfindən açıq şəkildə "konyak diplomatiyası” həyata keçirilir. Bu yolla Avropa Parlamenti və Avropa Şurası Parlament Assambleyası, həmçinin bəzi Qərb ölkələrinin qanunverici orqanlarındakı korrupsioner siyasətçilər ələ alınır və həmin şəxslər tərəfindən də Azərbaycana qarşı iyrənc şəkildə şər-böhtan və saxta məlumatlar əsasında təxribat həyata keçirilir.

AZƏRTAC xəbər verir ki, bu fikirləri Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev jurnalistlərə müsahibəsində deyib.

Bununla bağlı bir nümunəni qeyd edən şöbə müdiri deyib: "Kriminal rejim tərəfindən 2017-ci ildə Ermənistanda keçirilmiş parlament seçkilərini müşahidə edən sözügedən təsisatların müşahidəçiləri yekun hesabatlarında seçkilərdə fundamental azadlıqların təmin olunduğunu iddia edirdilər. Həmin seçkilərdə kriminal xunta rejiminin nümayəndələri 50 faizdən çox səs almışdılar, son parlament seçkilərində isə 5 faiz səs belə yığa bilmədilər. Ermənistan xalqı sonradan həmin kriminal xunta rejimini siyasi səhnədən biabırçı şəkildə rədd etdi. Mənzərə tam aydın olur ki, sözügedən təsisatlarda təmsil olunan bir çox siyasətçilər Ermənistanın kriminal rejimi ilə müəyyən maddi maraqların, yəni, "konyak diplomatiyası”nın müqabilində şərik olaraq seçkilərin saxtalaşdırılmasında iştirak edir, sonra saxta hesablarla ona "demokratik” don geyindirirlər. İndi hansı əsasla həmin şəxslər demokratik dəyərlərdən danışırlar? Kriminal xunta rejiminə bu kimi hesabatlarla legitimlik verən həmin siyasətçilərin bir qismi hələ də sözügedən təsisatlarda təmsil olunmaqda davam edirlər. Brüsseldə Serj Sarkisyanla bir masa ətrafında oturub siyasi xarakterli kriminal əməlləri müzakirə edən, kriminal xunta rejiminin seçkilərini dəstəkləyən, işğal olunmuş ərazilərimizə qanunsuz səfərlər edən Avropa Parlamentinin üzvləri Yaroslav Stetina və Frank Engel kimi siyasətçilər indi hansı mənəviyyatdan danışa bilərlər? Ermənistanın "konyak diplomatiyası”nın maliyyə mənbəyini isə kriminal pullar təşkil edir. Burada kriminal fəaliyyətlə siyasi lobbizm bir-birini tamamlayacaq şəkildə inkişaf edir”.


NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU


VALYUTA


ARXİV


TƏQVİM