12 Yanvar 2019 21:15
384
SİYASƏT
A- A+

Dövlət Dumasının sədri: AŞPA-da bütöv bir ölkəni və onun vətəndaşlarını təmsil edən milli nümayəndə heyətini nə üçün cəzalandırırlar?


"Avropa Şurası Parlament Assambleyasında (AŞPA) yaranmış vəziyyəti tənqid edən təkcə Rusiya deyil. Onu Türkiyə də, Azərbaycan da tənqid edir. Biz bu məsələni həmkarlarımızla müzakirə edəndə eşidirik və görürük ki, onlar da heyrətlənirlər: nə üçün belə olur? AŞPA-da bütöv bir ölkəni və onun vətəndaşlarını təmsil edən milli nümayəndə heyətini nə üçün cəzalandırırlar?”

AZƏRTAC xəbər verir ki, RF Dövlət Dumasının sədri Vyaçeslav Volodin "İnterfaks” agentliyinə müsahibəsində Rusiyanın AŞPA-ya qayıtması məsələsini şərh edərkən belə deyib.

Xatırladaq ki, Assambleyanın baş katibi Voytsex Savitski RF Dövlət Dumasına məktubla müraciət edərək Assambleyanın yanvarın 21-də Strasburqda işə başlayacaq qış sessiyasına RF-dən nümayəndə heyəti göndərilməsini təklif edir.

Dövlət Dumasının vitse-spikeri Pyotr Tolstoy və Federasiya Şurasının beynəlxalq məsələlər komitəsinin rəhbəri Konstantin Kosaçev yanvarın 14-də Cenevrədə AŞPA-nın rəhbəri Lilian Mori Paskye ilə bu barədə məsləhətləşmələr aparacaqlar.

V.Volodin qeyd edib ki, Rusiyada AŞPA-ya böyük əhəmiyyət verilir. Dövlət Dumasının spikeri vurğulayıb: "Başqa ölkələrdə bu quruma o dərəcədə əhəmiyyət vermirlər. Ona görə ki, Avropa Şurasının üzvlərinin əksəriyyəti, eyni zamanda, Avropa İttifaqında və Avropa Parlamentində də iştirak edirlər, Avropa Parlamentinə deputatlar seçirlər. Buna görə də onların nəzərində Avropa Parlamenti birinci, AŞPA isə ikinci dərəcəlidir. Bu səbəbdən ona belə münasibət yaranıb. Bunu da başa düşmək lazımdır”.

RF Parlamenti sədrinin sözlərinə görə, Rusiya AŞPA-nın mövqeyini aydınlaşdırandan sonra bu beynəlxalq təşkilatla gələcək əməkdaşlıq barədə qərar qəbul edəcək.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video