Alternative content

10:16 20 Iyun 2019
ONLINE XƏBƏR LENTİ
Bakıda futbol festivalı
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

rus escort

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Alimlər: Dünya okeanları gözlənildiyindən 40 faiz daha sürətlə isinir
Alimlər: Dünya okeanları gözlənildiyindən 40 faiz daha sürətlə isinir
ANA SƏHİFƏ / CƏMİYYƏT
14:36 12.01.2019

Alimlər müəyyən ediblər ki, dünya okeanları gözlənildiyindən 40 faiz daha sürətlə isinir. Bunun səbəbi atmosferə emissiya olunan karbon dioksid qazının əmələ gətirdiyi istinin okean sularına qarışmasıdır.

AZƏRTAC "The New York Times” qəzetində dərc olunmuş məqaləyə istinadla xəbər verir ki, "Science” jurnalının elmi məqaləsində okeanlarda istiləşmənin beş il əvvəl BMT-nin verdiyi proqnozlardan daha sürətlə baş verdiyi və son illər rekord həddə çatdığı qeyd olunub. Yeni tədqiqatlara dair hesabatda göstərilir ki, bu baxımdan 2018-ci ildə mənfi tendensiya güclənməkdə davam edib.

"Berkeley Earth” qrupunun hazırladığı hesabatda vurğulanıb ki, dünya okeanları insan fəaliyyətinin zərərli nəticələri olan qazların 93 faizini udur. Rutgers Universitetinin professoru Malin Pinskinin sözlərinə görə, hazırda onların sayəsində Yerdə ekoloji tarazlıq qorunur, lakin atmosferə buraxılan qazları udan okeanlarda flora və fauna sürətlə məhv olur, suyun səviyyəsi qalxır və dağıdıcı tufanların sayı getdikcə artır. Alim əlavə edib ki, daha yüksək temperaturu olan okeanlardan balıqlar digər su hövzələrinə axın edirlər. "Bir çox ölkələrdə insanların qida rasionunun əsasını təşkil edən balıqların sürətlə azalması təkcə sosial gərginliyə deyil, habelə ölkələr arasında münaqişəyə da səbəb ola bilər”, deyə Pinski diqqətə çatdırıb.

Alimlər xəbərdarlıq edirlər ki, okean sularının isinməsi nəticəsində 2017-ci ildə baş vermiş Harvey və bir il sonra daha çox dağıdıcı təsir göstərən Florens tufanlarından da güclü fəlakətlər ola bilər. Artıq son üç ildə milyonlarla insanın qida mənbəyi olan mərcan riflərinin beşdəbir hissəsi məhv olub. "Okeana” ekologiya qrupunun tədqiqatçısı Ketrin Metyu bildirib ki, mərcan riflərinin məhv olması tropik zonalarında yaşayan insanların ərzaq təminatına mənfi təsir göstərəcək. Onun sözlərinə görə, okeanların flora və faunasının məhvi son nəticədə insanları protein mənbəyindən məhrum edəcək.

2000-ci ildən başlayaraq ekoloqlar okean sularının temperaturunu "Argo” adlanan üzən dreyf vasitəsilə ölçürlər. Yunan əsatirindəki gəminin adından götürülmüş bu dreyf məlumatları peyk vasitəsilə ötürür. Məhz bu dreyfin tədqiqatları BMT-nin 2014-cü ildə verdiyi proqnozları alt-üst edib.



NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU


VALYUTA


ARXİV


TƏQVİM