Alternative content

17:02 23 Yanvar 2019
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
20 Yanvar: FOTOKOMPOZİSİYA
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Tramp xaricdən gələn ixtisaslı işçilərə viza verilməsini sadələşdirmək niyyətindədir
Tramp xaricdən gələn ixtisaslı işçilərə viza verilməsini sadələşdirmək niyyətindədir
ANA SƏHİFƏ / DÜNYA
14:32 12.01.2019

ABŞ Prezidenti Donald Tramp özünün tvitter səhifəsində yazıb ki, onun administrasiyası yüksəkixtisaslı əcnəbi mütəxəssisləri ABŞ-da işə cəlb etmək məqsədilə onlara H-1B vizası verilməsi siyasətinə yenidən nəzər salmağı planlaşdırır.

AZƏRTAC xəbər verir ki, Trampın bəyanatında deyilir: "Birləşmiş Ştatlarda H-1B vizası olan şəxslər əmin ola bilərlər ki, yaxın vaxtlarda bu sahədə ediləcək dəyişikliklər sayəsində həmin şəxslərin ABŞ-da yaşamasına, o cümlədən potensial vətəndaşlıq əldə edəcəyinə əminliyi təmin olunacaq. Biz ABŞ-da karyera qurmaq istəyən istedadlı və yüksəkixtisaslı insanları həvəsləndirmək istəyirik”.

ABŞ Daxili Təhlükəsizlik Nazirliyi hələ 2018-ci il noyabrın axırlarında bəyan edib ki, ABŞ-ın təhsil müəssisələri tərəfindən verilmiş magistr diplomu və daha yuxarı səviyyəli sənədləri olan əcnəbilərə üstünlük veriləcək.

Məlum olduğu kimi, H-1B proqramı Amerika şirkətlərinə informasiya texnologiyaları, tibbi xidmətlər, neft sənayesi və başqa sahələr üzrə yüksəkixtisaslı mütəxəssisləri işə cəlb etməyə imkan verir.


NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU


VALYUTA


ARXİV


TƏQVİM