Alternative content

10:15 20 Iyun 2019
ONLINE XƏBƏR LENTİ
Bakıda futbol festivalı
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

rus escort

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV XVI əsrdə Azərbaycanda olmuş məşhur ingilis səyyahı və diplomatı kimdir?
XVI əsrdə Azərbaycanda olmuş məşhur ingilis səyyahı və diplomatı kimdir?
ANA SƏHİFƏ / Elm və texnika
14:30 12.01.2019

Azərbaycan Milli Elmlər Akademiyası Mərkəzi Elmi Kitabxanasının (MEK) "Vikipediya” Metodik Mərkəzinin könüllüləri tərəfindən XVI əsr ingilis səyyahı, tacir və diplomatı Antoni Cenkinson haqqında məqalə yaradılıb.

MEK-dənAZƏRTAC-a bildiriblər ki, məqalədə məşhur səyyah və diplomatın həyatı, səyahətləri, I Şah Təhmasiblə görüşü, sonuncu Moskva səfəri və əsərləri barədə maraqlı məlumatlar əksini tapıb.

Antoni Cenkinsonun gündəlik qeydləri və xəritəsi İngiltərə-Rusiya münasibətləri, o cümlədən İngiltərənin Səfəvi dövləti ilə apardığı ticari danışıqlar barədə dəyərli mənbələrdəndir. Onun ilk xarici səfəri "İpəkçi” şirkəti ilə 1546-cı ilin oktyabrında olub. Antoni Cenkinson Suriyaya gedərək 7 il Hələbdə yaşayıb.

Məlumatda diqqət çəkən maraqlı məqamlardan biri məşhur diplomatın 1561-1563-cü illərdəki ekspedisiyası və I Şah Təhmasiblə görüşüdür. O, 1561-1563-cü illərdə Volqa- Xəzər yolu ilə Azərbaycana gəlib, Səfəvi hökmdarı I Şah Təhmasiblə danışıqlar aparıb.

Məqalə ilə daha ətraflı qeyd olunan linkdə tanış olmaq mümkündür:

https://az.m.wikipedia.org/wiki/Antoni_Cenkinson?fbclid=IwAR206Yxq2gN70vAyJDH2U4Pp4bQqg7kvkGkVDM8BFi5NSo01xux414gm5vM




NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU


VALYUTA


ARXİV


TƏQVİM