Alternative content

17:02 23 Yanvar 2019
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
20 Yanvar: FOTOKOMPOZİSİYA
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV 2019-cu il “Nəsimi ili” elan olundu
2019-cu il “Nəsimi ili” elan olundu
ANA SƏHİFƏ / Mədəniyyət
02:38 12.01.2019


2018-ci il tarixə müsbət təsirləri, genişmiqyaslı inkişaf dinamikası ilə yadda qalan dövr kimi yazıldı. Siyasi və iqtisadi nailiyyətlərlə zəngin olan ötən il həm də mühüm ictimai hadisələrlə əlamətdar idi. Bu dövrdə Azərbaycanın inkişafı əvvəlki illərə nisbətən bir qədər də vüsət aldı. İlham Əliyevin müəllifi olduğu qlobal layihələrin işə düşməsi tək regionda deyil, dünyadakı mövqelərimizi bir qədər də möhkəmləndirdi.


Azərbaycan hərtərəfli və dinamik inkişaf edib


Bütün bu məsələlər Prezident İlham Əliyevin sədrliyi ilə dünən keçirilən Nazirlər Kabinetinin 2018-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında ətraflı müzakirə edildi. Dövlət başçısının qeyd etdiyi kimi, 2018-ci il ölkəmiz üçün uğurlu olub, dünyada və bölgədə gedən mənfi proseslərə baxmayaraq, Azərbaycan hərtərəfli və dinamik inkişaf edib. Prezident İlham Əliyevin diqqətə çatdırdığı əsas iqtisadi göstəricilər də ötən ilin inkişaf dövrü olduğunu göstərir. Belə ki, ötən il ümumi daxili məhsul 1,4 faiz, qeyri-neft sektoru 1,8, sənaye istehsalı 1,5, kənd təsərrüfatı isə 4,6 faiz artıb. Valyuta ehtiyatları 45 milyard dollara çatıb, ölkədə 118 min daimi iş yeri açılıb.

Uğurlu Naxçıvan əməliyyatı nəticəsində 11 min hektar torpağa tam nəzarətin təmin edilməsi, üçüncü peykimizin orbitə buraxılması, "Cənub qaz dəhlizi”nin açılması, TANAP layihəsinin işə düşməsi, Ələt Beynəlxalq Ticarət Limanının fəaliyyətə başlaması ötən ilin mühüm uğurlarıdır. İlham Əliyevin qeyd etdiyi kimi, 2018-ci ildə həyata keçirilən və tamamlanan mühüm layihələr Azərbaycanın gücünü və iqtisadi potensialını daha da artırdı.

Təbii ki, əldə olunan bütün uğurların təməlində həm də Azərbaycandakı sabitlik dayanır. Məlumdur ki, dünyanın bir sıra yerlərində özünü göstərən qarşıdurmalar aradan qalxmaq əvəzinə daha da dərinləşir. Hər ötən gün müxtəlif ölkələrdə davam edən daxili siyasi və hərbi çəkişmələrlə yadda qalır. Azərbaycanda isə vəziyyət tamamilə fərqlidir. Cənab Prezidentin iclasda qeyd etdiyi kimi, ölkəmizdə təhlükəsizlik, ictimai-siyasi sabitlik tam təmin olunub. Məhz bu sabitlik və sarsılmaz xalq-iqtidar birliyi Azərbaycanın inkişafını şərtləndirən mühüm uğurların sırasında yer alır.


Tariximizə ehtiramın nümunəsi


Nazirlər Kabinetinin dünənki iclasının əlamətdar məqamlarından biri də Prezident İlham Əliyev tərəfindən 2019-cu ilin Azərbaycanda "Nəsimi ili” elan edilməsi oldu. Nəsimi xalqımızın bəşər mədəniyyətinə bəxş etdiyi qüdrətli söz ustalarından biridir. Şairin dövrün elmi-fəlsəfi düşüncəsinin aydın ifadəçisinə çevrilmiş ədəbi irsi Azərbaycan ədəbiyyatı tarixində xüsusi mərhələ təşkil edir.

Bu il böyük Azərbaycan şairi və mütəfəkkiri İmadəddin Nəsiminin anadan olmasının 650 illiyi tamam olur. "Böyük Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyinin qeyd edilməsi haqqında” Prezident İlham Əliyevin sərəncamına əsasən Nəsiminin yubileyi yüksək səviyyədə təşkil olunacaq. 2019-cu ilin "Nəsimi ili” elan edilməsi isə Prezident İlham Əliyevin tariximizə ehtiram və mənəvi dəyərlərimizə sədaqət hissinin əyani nümayişi olmaqla yanaşı, azərbaycançılıq ideyasının növbəti parlaq təntənəsidir.

Bütövlükdə 2018-ci il Azərbaycan üçün növbəti uğurlu mərhələ kimi tarixə düşdü. Dünyada davam edən və yeni formaları meydana çıxan müxtəlif böhranlar şəraitində Azərbaycanın ili uğurla başa vurması həyata keçirilən siyasətin düzgünlüyünün təsdiqidir. Sözsüz ki, hər bir sahə üzrə əldə olunan inkişaf yüksək templə davam etdiriləcək və ölkəmiz qədəm qoyduğumuz 2019-cu ili də yeni inkişaf göstəriciləri ilə başa vuracaq.

Rəşad CƏFƏRLİ,

"Azərbaycan”


NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU


VALYUTA


ARXİV


TƏQVİM