warez script warez forum sanal santral orkide hacklink al Musa Yıldırım ataşehir kuaför hacklink Shell indir

Alternative content

09:18 22 Mart 2019
ONLINE XƏBƏR LENTİ
08:42 21.03.2019 Azərbaycana yaz gəldi…
20 Yanvar: FOTOKOMPOZİSİYA
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Azərbaycan aliminin tariximizə aid iki kitabı ABŞ-da nəşr olunub
Azərbaycan aliminin tariximizə aid iki kitabı ABŞ-da nəşr olunub
ANA SƏHİFƏ / Mədəniyyət
02:29 12.01.2019


2018-ci ilin "Cümhuriyyət ili” elan edilməsi ilə bağlı ölkə daxilində və xaricində bir sıra tarixi əsərlər oxuculara təqdim olunmuşdur. Bu sırada Bakı Dövlət Universitetinin professoru, tarix elmləri doktoru İsmayıl Məmmədovun (İsmayıl bəy Zərdablı) iki kitabı Amerika Birləşmiş Ştatlarında (Şimali Karolina ştatının paytaxtı Raley şəhərində) nəfis tərtibatla çapdan çıxmışdır. Kitablardan biri "Azərbaycanın etnik və siyasi tarixi”, digəri "Azərbaycanın tarixi xəritələri” adlanır. Kitabları ingilis dilinə AMEA-nın əməkdaşı Fatma Fərəcova çevirmişdir. Kitabların redaktoru isə Maykl Brannokdur.

Xalqımız çox zəngin tarixə və mədəniyyətə malikdir. Ona görə də dünya xalqları bizim tarixi öyrənməyə maraqlıdır. Azərbaycan Prezidenti İlham Əliyev də tariximizin dünyada təbliğinə xüsusi diqqət verir. Yeri gəlmişkən qeyd edək ki, 2015-ci il dekabrın 15-də AMEA-nın 70 illik yubileyində Prezident bu məsələ haqqında geniş danışmışdır.

Bu baxımdan professor İ.Məmmədovun tariximizin dünyada yayılmasına xidmət edən əsərləri mühüm əhəmiyyət kəsb edir. Kitablarda Azərbaycanın etnik və siyasi tarixi ən qədim zamandan bugünümüzə qədər izlənmişdir. Professor əsərlərində eramızdan əvvəlki minillikdə Azərbaycanın ərazisində türk mənşəli tayfaların yaşamaları və Azərbaycan xalqının yaranması haqqında geniş məlumat verir.

Əsərlərdə qədimdən bu günə qədərki Azərbaycan dövlətləri haqqında, həmçinin bizə məlum olan ilk Azərbaycan hökmdarı Udakidən (Manna dövlətinin hökmdarı b.e.ə. 829-785) hazırkı Prezident

İlham Əliyevə qədərki başçıları barədə ətraflı bəhs edilmişdir. Eyni zamanda kitablarda xalqımızın keçdiyi yola, azadlıq və dövlət müstəqilliyi uğrunda qəhrəmanlıq mücadiləsinə, siyasi və etnik mənzərəsinə təkzibedilməz faktlar və sübutlarla aydınlıq gətirilmişdir.

Onu da qeyd edək ki, müəllif uzun illərdir bu məsələlər üzərində iş aparır. O, dörd dildə (Azərbaycan, rus, türk və ingilis) "Azərbaycan tarixi” adlı əsəri oxuculara təqdim edib. Əsərləri İstanbul, London, Raley (ABŞ) və digər şəhərlərdə çap olunub.

Xaricdə ilk dəfə "Azərbaycan tarixi” adlı əsərləri professor İsmayıl Məmmədov nəşr etdirib. O, Azərbaycan tarixi elminin dünya miqyasında təbliğinə hər zaman taleyüklü məsələ kimi yanaşıb, alimlərimizin erməni ideoloqlarının tarixi saxtalaşdırmaq istiqamətində apardığı məkrli kampaniyaya tutarlı cavab verilməsini vacib sayıb, bu işin fəallarından olub.

Bu əsərlərin unikallığı və əhəmiyyəti həm də ondadır ki, kitablarda milli dövlətçilik tariximizin heç bir mərhələsi diqqətdən kənarda qalmamış, elmi ümumiləşdirmə yolu ilə oxucuların nəzərinə çatdırılmışdır. Kitabı oxuyan əcnəbi alim və tədqiqatçılarının müxtəlif elmi mənbələrə, kitablara müraciət etmədən, vaxt itirmədən Azərbaycan tarixi haqqında dolğun təəssürata və yetərli bilgilərə malik olmaq imkanı var.

Xaricdə İ.Məmmədovun əsərlərinə maraq çoxdur. Xarici tarixçilər Azərbaycanla bağlı əsərlər yazarkən çox vaxt onun əsərlərinə istinad edirlər. Bu yerdə vurğulayaq ki, xarici ölkələrdə hər bir alimin elmi tədqiqatlarının ictimai əhəmiyyəti və dəyəri ilk növbədə onlara istinadlar əsasında müəyyənləşir. Bu baxımdan professor İsmayıl Məmmədov ölkə hüdudlarını adlaya bilmiş alimlərdəndir. Onun milli tarix sahəsindəki əsərləri əcnəbi tədqiqatçılar üçün maraqlı və zəngin mənbə rolunu oynayır.

Adil ABDULLAYEV,

"Gənclik” nəşriyyatının direktoru, əməkdar mədəniyyət işçisi



NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU


VALYUTA


ARXİV


TƏQVİM