Alternative content

10:14 20 Iyun 2019
ONLINE XƏBƏR LENTİ
Bakıda futbol festivalı
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

rus escort

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Fəslin mərəzi
Fəslin mərəzi
ANA SƏHİFƏ / Səhiyyə
02:26 12.01.2019


Qripdən qorunmağın sadə yolları


Qrip (influenza) virusu hava-damcı yolu ilə yoluxur. Öskürüb, asqıran xəstə ətrafa çox sayda virus damcısı yayır. Bu damcılar ağız, burun, ya da gözlərimizə təmas etdiyi zaman xəstəlik yoluxur.

Xəstə qripin yayılmaması üçün virusun ən çox yayıldığı dövrdə - xəstəliyin ilk günlərində, məktəbə, işə getməyib evdə dincəlməlidir. Evdəkiləri qorumaq üçün əllər tez-tez yuyulmalı, maska ilə ağız və burun tam qapanmalı, otaqlarda hava tez-tez dəyişilməlidir.


Əlamətləri


İnfeksion xəstəliklər və klinik mikrobiologiya uzmanı Vasif Əliyev deyir ki, qrip ani başlayan hərarət, öskürək, boğaz ağrısı, baş ağrısı, burun axıntısı, əzələ və oynaq ağrıları ilə müşayiət olunur. Şiddətli öskürək iki həftə və daha uzun müddət davam edə bilər. Hərarətin uzun müddət davam etməsi, tünd rəngli bəlğəm, sinə ağrısı və nəfəs almanın çətinləşməsi qripin fəsadlaşması nəticəsində ağciyərlərə bakteriyaların yoluxduğuna şübhə yaradır. Bu vəziyyətdə mütləq həkimə müraciət edilməlidir. Əsasən risk qrupunda olan, immun sistemi zəif insanlarda daha təhlükəli hal seyr edilir. Bundan başqa, burun sinuslarına və orta qulağa bakteriyaların yoluxması sinusit və otit kimi ağır vəziyyətlərə yol açır ki, bu da xəstəliyin arzu edilməyən ağırlaşmalarındandır.


Müalicəsi


Qripin müalicəsi istirahət və simptomatik müalicədir. Hərarəti salan dərmanlar, bol maye qəbulu tövsiyə olunur. Ancaq risk qrupundakı insanlar və risk qrupunda olmayıb xəstəliyi ağır keçirənlərin qrip virusuna təsir edən dərmanlardan istifadəsi lazımdır. Bu cür vəziyyətlərdə yataq istirahəti və simptomatik müalicə ilə kifayətlənməyib mütləq həkimə müraciət edilməlidir.


Yoluxmamaq üçün...


Qripə yoluxmamaq üçün gigiyena, sağlam qidalanma, mövsümə görə geyinmə kimi fərdi tədbirlərin görülməsi ilə yanaşı, xüsusilə də risk altında olan insanlar üçün ən təsirli qorunma yolu peyvənddir. Eyni zamanda, bu şəxslərə, qripin ən ciddi ağırlaşması sayılan və ən çox ölümə səbəb olan pnevmoniyadan da qorunmaq üçün həkim nəzarəti altında pnevmokok peyvəndi də vurulmalıdır.

Yasəmən MUSAYEVA,

"Azərbaycan”



NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU


VALYUTA


ARXİV


TƏQVİM