Alternative content

16:39 20 Mart 2019
ONLINE XƏBƏR LENTİ
01:41 20.03.2019 Sarsılmaz birlik
01:30 20.03.2019 Növbəti simpozium
01:13 20.03.2019 Xalq oyunları
01:11 20.03.2019 Birlik bayramı
20 Yanvar: FOTOKOMPOZİSİYA
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Şirin dərman
Şirin dərman
ANA SƏHİFƏ / Səhiyyə
02:25 12.01.2019


Şirin, dadlı, ətirli naringinin bir çox faydalı xüsusiyyətləri var.

Naringi ən güclü antioksidantlar sayılan C və A vitaminləri, B qrupu vitaminləri, maqnezium, kalium, dəmir, kalisium kimi minerallar, pektinlər, orqanik turşular, flavonoidlərlə olduqca zəngindir.

- Kapilyar və damarları təmizləyir, möhkəmləndirir, onları daha elastik edir

- Qanda xolesterinin səviyyəsini aşağı salır

- Ürəyin fəaliyyətini yaxşılaşdırır, qaraciyəri piylənmədən qoruyur

- Görməni və dərinin vəziyyətini yaxşılaşdırır

- Bağırsaqları təmizləyir, qəbizlik zamanı faydalıdır

- Şəkərli diabetin inkişafından qoruyur

- Xərçəng əleyhinə təsirə malikdir

- Virus və göbələklərə öldürücü təsir edir

- Orqanizmdə iltihabları

azaldır

- Metabolizmi sürətləndirir, orqanizmdə piylərin yığılmasına mane olur.

Bütün bu faydalı xüsusiyyətlərinə baxmayaraq, alimlər naringini həddindən çox yeməyi tövsiyə etmirlər, xüsusilə də uşaqlara. Böyüklər gün ərzində 3-4 naringi yeyə bilərlər.

Bəzi mədə-bağırsaq sistemi xəstəlikləri zamanı isə naringi yemək olmaz. Həmçinin naringi allergiyaya səbəb ola bilər.



NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU


VALYUTA


ARXİV


TƏQVİM