Alternative content

17:01 23 Yanvar 2019
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
20 Yanvar: FOTOKOMPOZİSİYA
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV “Artıq tükənmişəm, işləyə bilmirəm” - deyənlər, MÜTLƏQ OXUYUN
“Artıq tükənmişəm, işləyə bilmirəm” - deyənlər, MÜTLƏQ OXUYUN
ANA SƏHİFƏ / Səhiyyə
02:23 12.01.2019


Hazırda insanların iş yükü əvvəlki dövrlərə nisbətən daha çox və fərqlidir. Artan iş tempi isə insanlarda fiziki problemlərlə yanaşı, psixoloji narahatlıqlara da yol açır.

Çox zaman şahid oluruq ki, ətrafımızdakı insanlar, yaxud iş yoldaşlarımızdan bəziləri "artıq tükənmişəm, işləyə bilmirəm. Bu işdən zövq ala bilmirəm...” kimi şikayətlər edirlər. Mütəxəssislər isə bu əlamətləri tükənmişlik sindromu adlandırırlar.

Bu sindrom zamanı ən çox rastlanan şikayətlər unutqanlıq, diqqət əskikliyi, öyrənmə, əzbərləmə çətinlikləri, beyində ağırlıq hissi, biganəlik, dözümsüzlük və tez əsəbiləşməkdir.


Bu sindromu depressiya ilə qarışdırmayın


Psixoloq Orxan Oruc bildirir ki, tükənmişlik sindromu, başqa sözlə, "burn out” və ya yanma sindromu 5 ildən artıq eyni işdə işləyən insanların 70 faizdən çoxunda rast gəlinə biləcək psixoloji vəziyyətdir. Əsas əlamətləri depressiya ilə oxşar olsa da, depressiyadan fərqli olaraq tükənmişlik sindromu sırf iş həyatı ilə bağlı ümidlərin tükənməsi, motivasiyanın aşağı düşməsi ilə əlaqədar yaranır: "Yəni insanın normal həyatı davam edir, şəxsi həyatında münasibətləri qaydasında olur, həyatdan zövq ala bilir, amma iş mühitində bu göstəriciləri aşağı düşür”.

"Davamlı baş ağrıları, mədə-bağırsaq problemləri, əzələ və sinir ağrıları, iştahanın pozulması kimi əlamətlər tükənmişlik sindromunun göstəricisi ola bilər. Mütəmadi olaraq bu sindromla yaşamaq iş keyfiyyətinin tamamilə aşağı düşməsinə və əvvəllər zövq ala bildiyi işdən heç bir zövq ala bilməməyə səbəb olur. Bəzən iş yerinin dəyişdirilməsi belə, sindromun əlamətlərinin aradan qalxmasına kömək etmir. Sadalanan əlamətləri hiss etdikdə iş yükünü azaltmalı, işdən sonra işlə bağlı düşünməməli, e-mail və telefonlar bir kənara qoyulmalıdır. Əlamətlər davamlı olarsa, mütləq psixoloji xidmət göstərən mütəxəssisə müraciət etmək lazımdır”, - deyə psixoloq məsləhət verir.



NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU


VALYUTA


ARXİV


TƏQVİM