Alternative content

10:21 20 Iyun 2019
ONLINE XƏBƏR LENTİ
Bakıda futbol festivalı
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

rus escort

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Torpaq borclu qalmır
Torpaq borclu qalmır
ANA SƏHİFƏ / İQTİSADİYYAT
02:17 12.01.2019


Son dövrlər ölkədə həyata keçirilən aqrar tədbirlər nəticəsində kənd təsərrüfatının ənənəvi sahələri olan tütünçülük və baramaçılıq Qaxda da inkişaf edir. Rayon icra hakimiyyətinin, Qax Dövlət Aqrar İnkişaf Mərkəzinin (DAİM) dəstəyi, kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliklərin, bələdiyyələrin köməyi ilə kənd camaatının bu sahələrə marağı artıb.

Qax DAİM-in mütəxəssisləri tütünçülük və baramaçılığın inkişafı ilə əlaqədar yazılı təlimatlar hazırlayaraq inzibati ərazi dairələri üzrə nümayəndəlikləri, (ƏİN) və bələdiyyələrin köməyi ilə yerlərdə fermerlərə çatdırıblar. Bundan başqa, digər müvafiq qurumların (Dövlət Fitosanitar Xidməti, Dövlət Baytarlıq Xidməti, Baş Dövlət Texniki Nəzarət Müfəttişliyi, Bitki Sortlarının Qeydiyyatı və Toxum Nəzarəti üzrə Dövlət Xidməti, Aqrolizinq ASC) nümayəndələrinin iştirakı ilə kənd ƏİN-lərdə fermerlər ilə görüşlər keçirilir. Görüşlərdə istehsalçıların problemləri və onların tələbləri qeydə alınaraq Kənd Təsərrüfatı Nazirliyinə göndərilir. Əsas tələb və təkliflər kombaynların çatışmazlığı, mini texnikaların olmaması, suvarma kanallarının istifadəyə qismən yararlılığıdır. Kümdarların əsas təklifi isə barama pullarının hissə-hissə deyil, bütöv şəkildə bir dəfəyə verilməsidir.

Rayonda bitkiçiliyin digər istiqamətlərində də qarşıya qoyulan tapşırıqların icrası uğurla həyata keçirilir. Ötən il 13 min 572 hektarda (10468 hektarı buğda, 3104 hektarı arpa) aparılan aqrotexniki qulluq işləri, yüksək reproduksiyalı intensiv toxumlardan istifadə olunması, alaq otlarına, xəstəlik və zərərvericilərə qarşı vaxtında və düzgün aparılan mübarizə tədbirləri, mineral gübrələrdən səmərəli istifadə nəticəsində sahələrdən 33,02 min ton buğda, 8,01 min ton arpa götürülüb. Taxıl əkən fermerlərə 974,4 min manat subsidiya verilib. Cari ilin məhsulu üçün isə 14 min hektara payızlıq dənli bitkilər səpilib.

Qaxda tütünçülük də inkişaf edir. Bu sahədə ən vacib məsələlərdən biri istehsal olunan məhsulun satılmasıdır ki, o da artıq öz müsbət həllini tapıb. 2017-ci ildə rayon üzrə 605,8 hektar sahədə tütün əkildiyi halda, 2018-ci ildə bu rəqəm 623,5 hektara çatdırılıb. Rayonda tütünün qurudulması üçün 60 kamera var. Tütün sahələrində bütün aqrotexniki tədbirlər aparıldığından sahələrdən bol və keyfiyyətli məhsul götürülüb.

Rayonda baramaçılıq sahəsində də yüksək nəticələr əldə olunub. 2017-ci ildə rayon üzrə 12 min 500 kiloqramdan çox barama məhsulu istehsal olunduğu halda, 2018-ci ildə bu rəqəm 25 min 300 kiloqramdan artıq olub. Satılan baramanın hər kiloqramına görə 4 manat hesabı ilə 95,7 min, yaş baramanın hər kiloqramına isə 5 manat hesabı ilə 119,6 min manat subsidiya verilib.

Keçən il rayonda 1577 hektarda dən üçün qarğıdalı da əkilmişdir. Sahələrdən 12,3 min ton məhsul yığılıb ki, bu da 78,2 sentner məhsuldarlıq deməkdir. Amma "Aqropark”da, Ləkit və Güllük ərazi icra nümayəndəliklərində hektardan 100 sentnerdən yuxarı məhsul götürülən ərazilər də olub.

Əli SƏLİMOV,

"Azərbaycan”



NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU


VALYUTA


ARXİV


TƏQVİM