Alternative content

17:10 23 Yanvar 2019
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
20 Yanvar: FOTOKOMPOZİSİYA
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Vergilər Nazirliyinin yeni elektron xidməti istifadəyə verilib
Vergilər Nazirliyinin yeni elektron xidməti istifadəyə verilib
ANA SƏHİFƏ / İQTİSADİYYAT
22:15 11.01.2019

Vergilər Nazirliyinin daha bir elektron xidməti istifadəyə verilib.

AZƏRTAC Vergilər Nazirliyinə istinadla xəbər verir ki, artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının vergiödəyicisinə, o cümlədən qeyri-rezident şəxslərə qaytarılması üzrə müraciətlər elektronlaşdırılıb.

Bu, vergi inzibatçılığının təkmilləşdirilməsi, vergiödəyicilərinə xidmətin keyfiyyətinin yüksəldilməsi istiqamətində atılmış daha bir addımdır. Yeni elektron xidmət İnternet Vergi İdarəsi (www.e-taxes.gov.az) portalı üzərindən göstərilir. Artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının vergiödəyicisinə, o cümlədən qeyri-rezident şəxslərə qaytarılması üzrə müraciətlərin elektronlaşdırılması vergiödəyicilərinin işini xeyli asanlaşdıracaq. Bu yenilik vergiödəyicilərinə "Artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının vergiödəyicisinə qaytarılması barədə" və "Qeyri-rezidentin Azərbaycan Respublikasından əldə etdiyi gəlirindən artıq tutulmuş vergilərin geri qaytarılması haqqında" (DTA-05 forması) ərizə formalarını elektron qaydada tərtib etmək və təsdiqləmək imkanı yaradır.

Xatırladaq ki, dövlət başçısının 2017-ci il 2 iyun tarixli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında biznes mühitinin əlverişliliyinin artırılması və beynəlxalq reytinqlərdə ölkəmizin mövqeyinin daha da yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 13 iyul tarixli 2199 nömrəli Sərəncamının həyata keçirilməsinə dair Tədbirlər Planı"nda artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının vergiödəyicisinə qaytarılması üzrə müraciətlərin elektronlaşdırılması nəzərdə tutulur. Nazirlər Kabinetinin 2018-ci il 30 aprel tarixli 190 nömrəli Qərarı ilə "Elektron xidmət növlərinin Siyahısı"na "Artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının vergiödəyicisinə qaytarılması məqsədilə müraciətin təqdim edilməsi" məzmununda bənd əlavə edilmişdi. Yeni xidmət bu qərara uyğun olaraq vergiödəyicilərinin istifadəsinə verilib.


NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU


VALYUTA


ARXİV


TƏQVİM