Alternative content

22:44 18 Mart 2019
ONLINE XƏBƏR LENTİ
20 Yanvar: FOTOKOMPOZİSİYA
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Vaşinqton yeni Yaxın Şərq alyansı yaratmaq istəyir
Vaşinqton yeni Yaxın Şərq alyansı yaratmaq istəyir
ANA SƏHİFƏ / DÜNYA
17:56 11.01.2019


ABŞ Misir, İordaniya və Körfəz Əməkdaşlıq Şurasının üzvü olan ölkələri birləşdirəcək yeni strateji Yaxın Şərq alyansı formalaşdırmaq niyyətindədir. Bu barədə dövlət katibi Mayk Pompeo Qahirədəki Amerika universitetində çıxış edərkən məlumat vermişdir. Onun dediyinə görə, alyansın yaradılmasında məqsəd gələcəkdə regionun çiçəklənməsini təmin etməkdir və bunun üçün ölkələr arasında rəqabətə son qoymaq lazımdır.

Dövlət katibi bildirmişdir ki, Tramp administrasiyası regionda təhdidlərə duruş gətirə biləcək, habelə ölkələrin iqtisadiyyat və energetika sahələrində əməkdaşlığına kömək edəcək yeni strateji Yaxın Şərq alyansının formalaşdırılması üzərində işləyir. "Bu təşəbbüs Körfəz Əməkdaşlığı Şurasının ölkələrini, Misir və İordaniyanı birləşdirəcək. ABŞ bu ölkələrdən hər birindən alyansın yaradılması yolunda addım atmağı xahiş edir” deyə Pompeo əlavə etmişdir.



NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU


VALYUTA


ARXİV


TƏQVİM