Alternative content

22:10 19 Iyun 2019
ONLINE XƏBƏR LENTİ
Bakıda futbol festivalı
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

rus escort

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Türkiyədə 102 FETÖ-çünün həbsinə order verildi
Türkiyədə 102 FETÖ-çünün həbsinə order verildi
ANA SƏHİFƏ / DÜNYA
17:56 11.01.2019


Türkiyə hökuməti ölkə ərazisində fəaliyyəti qadağan edilmiş FETÖ terrorçu təşkilatı ilə işbirliyində şübhəli bilinən 102 nəfərin saxlanmasına sanksiya vermişdir. Onların arasında 58 hərbi qulluqçu var. Bu barədə "HaberTürk” telekanalı xəbər verir.

Adana Baş Prokurorluğu silahlı qüvvələrin çavuş və kiçik zabit heyətindən olan 52 hərbçinin saxlanmasına sanksiya vermişdir. Daha altı hərbçi İstanbul Baş Prokurorluğunun orderləri əsasında saxlanılacaq. Digər şübhəli şəxslər FETÖ-nün ordu daxilindəki özəklərinin fəaliyyətində iştirak edən mülki şəxslərdir.

Dünən səhər Türkiyənin 21 vilayətində FETÖ-çülərin saxlanması üçün reyd başlamışdır. Şübhəli şəxslərin yaşayış yerlərində axtarış keçirilir. Şübhəlilərin bir hissəsi polis idarəsinə gətirilmişdir.

İndiyədək Türkiyədə FETÖ ilə işbirliyində təqsirli bilinən minlərlə adam mühakimə olunmuş, on minlərlə adam dövlət strukturlarında işdən çıxarılmışdır.

Mühakimə olunanlar, ittiham edilənlər və şübhəlilər arasında ali zabit çinləri, KİV nümayəndələri, sahibkarlar var.



NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU


VALYUTA


ARXİV


TƏQVİM