Alternative content

17:10 23 Yanvar 2019
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
20 Yanvar: FOTOKOMPOZİSİYA
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Fransa əhalisi iqtidara inamını itirir
Fransa əhalisi iqtidara inamını itirir
ANA SƏHİFƏ / DÜNYA
17:56 11.01.2019


Fransızlar ölkədə siyasətçilərin fəaliyyətini və dövlət təsisatlarının işini daha çox mənfi qiymətləndirirlər. Buna "Le Figaro” qəzetinin dərc etdiyi ictimai rəy sorğusunun nəticələri dəlalət edir. "İllik etimad reytinqi” adlı sorğu "Opinion Way” və "Cevipof” xidmətləri tərəfindən artıq onuncu dəfə keçirilmişdir.

Rəy sorğusunun nəticələrinə görə, Prezident hakimiyyəti təsisatına etimad səviyyəsi bir il ərzində 13 faiz aşağı düşərək 23 faiz təşkil etmişdir. Əhalinin cəmi 31 faizi parlamentin deputatlarına etimad göstərir. Bu göstərici 4 faiz aşağı düşmüşdür.

Dövlət təşkilatlarına və təsisatlarına münasibət reytinqinin ən aşağısında siyasi partiyalar yer almışdır: onlara bir il əvvəl olduğu kimi, cəmi 9 faiz respondent etibar edir.

Siyasətçilər arasında birinci yerdə 25 faiz etimad və 70 faiz etimadsızlıq göstəricisi ilə "Milli birlik”in lideri Marin Le Pen qərarlaşmışdır. Fransa Prezidenti Emmanuel Makron üçüncü yerdədir (20 faiz lehinə, 76 faiz əleyhinə). O həm də Baş nazir Eduar Filippdən geri qalır.

Rəyi soruşulanların 81 faizi hesab edir ki, ölkədə siyasi həyatın vətəndaşlarda doğurduğu əsas hisslər cərəyan edən hadisələrdən yaranan yorğunluq, çaşqınlıq, etimadsızlıq və qorxudur. Eyni zamanda respondentlərin cəmi 17 faizində ölkənin siyasi həyatı müsbət hisslər – maraq, ümid, ruh yüksəkliyi və müsbət əhval-ruhiyyə yaradır. Bundan əlavə, 85 faiz əmindir ki, sadə adamların fikri siyasətçiləri maraqlandırmır.


NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU


VALYUTA


ARXİV


TƏQVİM