Alternative content

22:11 19 Iyun 2019
ONLINE XƏBƏR LENTİ
Bakıda futbol festivalı
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

rus escort

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Tramp Davos səfərini ləğv etdi
Tramp Davos səfərini ləğv etdi
ANA SƏHİFƏ / DÜNYA
17:55 11.01.2019


ABŞ Prezidenti Donald Tramp İsveçrədə keçirilən illik Davos Forumuna qatılmayacaq. Ağ evin başçısı Twitterdəki mikrobloqunda yazmışdır ki, "sərhəd mühafizəsi məsələsində demokratların güzəşt etməməsi və xalqımız üçün təhlükəsizliyin böyük əhəmiyyət daşıması üzündən Davosda Dünya İqtisadi Forumuna çox vacib səfərimi ləğv edirəm”.

Bu ərəfədə Tramp Meksika ilə sərhəd boyunca divarın inşasının maliyyələşdirilməsi və bir sıra federal orqanların işinin qismən dayandırılmasına son qoyulması ilə əlaqədar ABŞ Demokratlar Partiyasının liderləri ilə danışıqları kəsmişdir. Prezident divarın inşasına 5,6 milyard dollar ayrılmasını tələb edir, demokratlar isə sərhədin müdafiəsinə cəmi 1,3 milyard dollar ayırmağa razıdırlar.

"Biz ya kompomisə gələrək qələbə qazanacağıq, çünki mən kompromisi hamı üçün uduşlu vəziyyət hesab edirəm, ya da ölkədə fövqəladə vəziyyət elan edəcəyəm” deyə dövlət başçısı srağagün Meksika ilə sərhədə getməzdən əvvəl bildirmişdi.



NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU


VALYUTA


ARXİV


TƏQVİM