Alternative content

22:13 19 Iyun 2019
ONLINE XƏBƏR LENTİ
Bakıda futbol festivalı
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

rus escort

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Komitə sədri: “Qəbiristanlıqların salınması və idarə olunması Qaydaları” yeni salınan qəbiristanlıqlara şamil ediləcək
Komitə sədri: “Qəbiristanlıqların salınması və idarə olunması Qaydaları” yeni salınan qəbiristanlıqlara şamil ediləcək
ANA SƏHİFƏ / CƏMİYYƏT
16:01 11.01.2019


Nazirlər Kabinetinin təsdiqlədiyi "Qəbiristanlıqların salınması və idarə olunması Qaydaları” yeni salınan qəbiristanlıqlara şamil olunacaq. Çünki qanunun geriyə qüvvəsi yoxdur.

AZƏRTAC xəbər verir ki, bu fikirləri jurnalistlərə açıqlamasında Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı deyib.

Komitə sədri bildirib ki, yeni salınan qəbiristanlıqlarda, o cümlədən dəfn mərasimlərində yeni qaydalar tətbiq olunacaq.

Mübariz Qurbanlı qeyd edib ki, dövlətdən maddi dəstək alan din xadimlərinə bu vəsaitin verilməsi davamlı olacaq.

Maddi dəstək məscidlərdə çalışan üç kateqoriyaya aid din xadimlərinə verilir. Bu vəsait əməkhaqqı yox, maddi dəstəkdir. Bu vəsait hər məsciddə bir, böyük məscidlərdə isə iki din xadiminə verilir. Qafqaz Müsəlmanları İdarəsinin təsdiqlədiyi din xadimlərinin sayı çox ola bilər, lakin maddi dəstək hər təyin olunan din xadiminə verilmir. Bu, yalnız məsciddə çalışan və təyin olunan din xadimlərinə verilir. Məscidlərdə çalışan din xadimləri maddi baxımdan təmin edilməlidirlər. Bu, dünyanın hər yerində belədir.



NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU


VALYUTA


ARXİV


TƏQVİM