Alternative content

22:43 18 Mart 2019
ONLINE XƏBƏR LENTİ
20 Yanvar: FOTOKOMPOZİSİYA
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV ABŞ Daxili Təhlükəsizlik Nazirliyi Trampın divarının yararsızlığını üzə çıxarıb
ABŞ Daxili Təhlükəsizlik Nazirliyi Trampın divarının yararsızlığını üzə çıxarıb
ANA SƏHİFƏ / DÜNYA
12:57 11.01.2019


NBS telekanalının jurnalistləri aydınlaşdırıblar ki, 2018-ci ildə ABŞ Daxili Təhlükəsizlik Nazirliyinin ekspertləri Amerika-Meksika sərhədində hasar tikintisi üçün Prezident Donald Tramp tərəfindən bəyənilmiş hasar prototipinin sınaq nəticələri barədə sənəd açıqlayıblar.

AZƏRTAC xəbər verir ki, hesabata görə, Daxili Təhlükəsizlik Nazirliyinin ekspertləri polad divarı adi tikinti aləti dağıtmağın mümkün olduğunu və bu divarın sərhəd hasarı üçün yararsızlığını sübut ediblər.

NBC News xəbər verir ki, nazirliyin rəhbərliyi ABŞ Sərhəd Patrul Xidməti əməkdaşlarına Kaliforniyadakı "Poqo-Rou” poliqonunda səkkiz divar prototipinin sınaqdan keçirilməsini tapşırıb. Şəxsən Donald Tramp tərəfindən bəyənilmiş polad hasar variantı da onların arasında olub. Yanvarın 10-da Trampa onun bəyəndiyi divar prototipinin yararsız çıxması barədə sual veriləndə, o deyib ki, prototiplərin heç biri sınaqdan keçə bilməyib. Prezident əlavə edib ki, hasarın bu variantları əvvəlki Ağ Ev Administrasiyası dövründə layihələndirilib. Lakin Amerika KİV-ləri dərhal müəyyən ediblər ki, asanlıqla dağıdılan prototip məhz Prezident Donald Tramp dövründə yaradılıb. D.Tramp sərhəd hasarı ilə bağlı problemlərin olduğunu etiraf etmək istəməyib. O, brifinqdəki jurnalistləri inandırıb ki, divar son dərəcə etibarlıdır.



NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU


VALYUTA


ARXİV


TƏQVİM