Alternative content

22:47 18 Mart 2019
ONLINE XƏBƏR LENTİ
20 Yanvar: FOTOKOMPOZİSİYA
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti ilə Gənclər Fondu arasında anlaşma memorandumu imzalanıb
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti ilə Gənclər Fondu arasında anlaşma memorandumu imzalanıb
ANA SƏHİFƏ / CƏMİYYƏT
12:49 11.01.2019

Yanvarın 11-də Bakı Konqres Mərkəzində Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti ilə Azərbaycan Respublikası Gənclər Fondu arasında əməkdaşlığa dair anlaşma memorandumu imzalanıb.

AZƏRTAC xəbər verir ki, imzalanma mərasimində əvvəlcə Azərbaycan Respublikasının dövlət himni səsləndirilib.

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi, general-leytenant Arzu Rəhimov mərasimdə çıxış edərək memorandumda vətəndaşların hərbi-vətənpərvərlik tərbiyəsi, yeniyetmə və gənclərdə Vətənə məhəbbət hissinin yüksəldilməsi, onlara milli-mənəvi dəyərlərin aşılanması, gənclərin Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizəyə hazırlıq ruhunda tərbiyə olunması istiqamətində birgə fəaliyyətin həyata keçirilməsinin nəzərdə tutulduğunu bildirib.

Gənclər Fondunun icraçı direktoru Fərid Cəfərov memorandumun tədbirlərin daha kütləvi, fərqli forma və məzmunda keçirilməsi istiqamətində yeni platforma olduğunu vurğulayıb. Bildirib ki, Anlaşma Memorandumu həm də iki qurum arasında qarşılıqlı maraq kəsb edən sahələrdə uğurlu faydalı əməkdaşlığın qurulması üçün möhkəm təməl olacaq.

Sonra Arzu Rəhimov və Fərid Cəfərov anlaşma memorandumunu imzalayıblar.

Anlaşma Memorandumuna əsasən, bu il ərzində "Vətənin müdafiəsinə hazıram!” devizi altında müxtəlif formatlarda keçiriləcək maarifləndirmə xarakterli silsilə tədbirlərin planı hazırlanıb. Gənclər təşkilatları və vətəndaş cəmiyyəti institutlarının iştirakı ilə reallaşdırılması planlaşdırılan tədbirlərdə gənc nəslin müddətli həqiqi hərbi xidmətə fiziki, mənəvi və psixoloji cəhətdən hazırlığının artırılmasına, onların Vətənə sadiqlik ruhunda tərbiyə edilməsinə xüsusi önəm veriləcək.



NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU


VALYUTA


ARXİV


TƏQVİM